gundem / siyaset / dunya
18.02.2023, 17:00
Finlandiya parlamenti səsvermə keçirəcək
Finlandiya Xarici Əlaqələr Komitəsinin rəhbəri Sissi Hallaaho cümə günü jurnalistlərə deyib ki, Finlandiya Parlamenti fevralın 28-də NATO-ya üzvlük bağlı səs verəcək.
"dogruxeber.tv" xarici mətbuata istinadən Parlamentin ölkənin alyansa üzvülüklə bağlı səs verəcək zəruri qanunvericilik aktını qəbul edəcəyi gözlənilir. Hallaaho qeyd edib ki, NATO-ya üzvülüklə bağlı qanunvericilik prosesi martın 3-də Parlament tətilinə qədər tamamlanmalıdır.
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Lakin, Ankara Skandinaviya ölkələrindən kürt təşkilatlarının rəsmi olaraq, terror təşkilatı kimi tanımağı və terror fəaliyyətində və ya 2016-cı il çevrilişinə yardım və dəstək verməkdə ittiham olunmasını tələb edərək üzvlük cəhdlərini dərhal dayandırdı.
Qeyd edək ki, Ankaranın Finlandiyaya və İsveçə münasibəti yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyin qarışısında Quranın yandırılmasından sonra gərginləşib.
dogruxeber.tv
Aynur Qasımova


