Özbəkistanla anlaşma və razılaşma memorandumu imzalanıb

24 fevral 2023-cü il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi və Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Özbəkistanın Dağ-mədən
İşi və Geologiya Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma və Razılaşma Memorandumu imzalanıb.

Özbəkistan ərazisində geoloji kəşfiyyat işlərinin aparılması və aşkar edilmiş qızıl yataqlarının işlənməsi sahəsində birgə əməkdaşlığın qurulması niyyətini ehtiva edən sənədi “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov və Özbəkistanın dağ- mədən işi və geologiya nazirinin müavini Azam Kadirxocayev imzalayıblar. Memoranduma əsasən, “AzerGold” QSC tərəfindən Özbəkistanda nəcib metal
filizi təzahür sahələri barədə mövcud geoloji məlumatların öyrənilməsi, qızıl yataqlarının tədqiqi və işlənilməsi ilə bağlı fəaliyyətə təcrübəli mütəxəssislərin cəlb edilməsi, qarşılıqlı texniki dəstəyin göstərilməsi, layihələrin icrası ilə bağlı konkret təkliflərin hazırlanması nəzərdə tutulub.

"dogruxeber.tv" qeyd edir ki, iki ölkə arasında dağ-mədən və geologiya sahəsində birgə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə daha əvvəl nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilərək, institusional məsələlər ətrafında müzakirələr aparılıb. Belə ki, “AzerGold” QSC-nin nümayəndə heyətinin 20-22 iyun 2022- ci il tarixlərində Özbəkistan-Azərbaycan Biznes Forumu, 2-4 noyabr 2022-ci il tarixlərində 16-cı Beynəlxalq Mədən, Metallurgiya və Metal Emalı üzrə Sərgi, 13-14 dekabr 2022-ci il tarixlərində “Özbəkistanın və Mərkəzi Asiyanın dağ-mədən sənayesi” adlı beynəlxalq konqres çərçivəsində Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfərləri, Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyətinin 23-24 dekabr 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərinə səfəri çərçivəsində tərəflərin müvafiq sahələri təmsil edən qurumları arasında səmərəli görüşlər keçirilib. Müzakirələr zamanı əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq perspektivləri, innovasiya və müasir texnologiyalar, kadr hazırlığı və ixtisasartırma istiqamətləri üzrə təcrübə mübadiləsinin aparılması nəzərdən keçirib, əməkdaşlığın ilkin istiqamətləri ilə bağlı razılıq əldə edilib. Tərəflər dünyanın ən böyük qızıl hasilatçılarından olan, bu sahədə zəngin təcrübəyə malik Özbəkistan Respublikası ilə dağ-mədən və geologiya sahəsində qabaqcıl texnologiyaları tətbiq edən “AzerGold” QSC arasında hər iki ölkə ərazisində ortaq layihələrin icrası istiqamətində qarşılıqlı faydalı işbirliyinin yaradılacağına əminliklərini ifadə ediblər. Bu məqsədlə tərəflər ilkin mərhələdə memorandumda nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə Özbəkistan ərazisində, gələcəkdə isə ölkəmizdə birgə geoloji proqramlar çərçivəsində kəşfiyyat-axtarış işlərinin aparılması, perspektivli yataqların öyrənilməsi və işlənilməsi ilə bağlı tərəfdaşlıq münasibətlərinin yaradılmasını müsbət qiymətləndiriblər.

Son xəbərlər

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Bütün xəbərlər