gundem / dunya
10.04.2023, 09:45
18 miqrant Aralıq dənizində batdı
Afrikadan Avropaya keçməyə çalışan 18 qeyri-qanuni miqrant Aralıq dənizinin mərkəzi hissəsində batıb.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirilərkən 2 cəsəd tapıb.
Xilas edilən miqrantlar, digər qayıqda olan 18 nəfərin dənizdə itdiyi bildirib. Mühacirlərin Fil Dişi Sahili, Qvineya, Kamerun və Seneqaldan olduğu qeyd olunur.


