Ermənistan iki əsgərimizi diversantlarla dəyişdirmək istəyir? - AÇIQLAMA

Ermənistan tərəfi əsir götürdükləri iki əsgərimizə qarşı ittiham irəli sürüb. Ermənistan Baş Prokurorluğu məlumat yayıb ki, azərbaycanlı hərbçilərə qarşı “Ermənistan sərhədini qanunsuz keçmək və ölkəyə qanunsuz olaraq odlu silah və sursat gətirmək” ittihamı irəli sürülüb. Bu arada Ermənistanın ombudsmanı Anait Manasyan həbsdə olan azərbaycanlı hərbçilərlə görüşüb. İddia olunub ki, ombudsmanla görüşdə azərbaycanlı əsgərlər işgəncələrdən şikayət etməyiblər: "İşgəncə və pis rəftarla bağlı həbs olunanların heç biri dövlət qurumları və məmurlardan şikayətçi olmayıb. Onlar lazımi şəraitlə, xüsusilə qida, içki, gigiyena vasitələri ilə təmin olunurlar. Zəruri hallarda onlara tibbi yardım göstərilir, onlarla pulsuz ictimai müdafiəçi və tərcüməçi işləyir". Xatırladaq ki, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb və dəhşətli işgəncələrə məruz qalıb.

"dogruxeber.tv"ın DİA.AZ-a istinadən məlumatına görə, əsir götürülən əsgərlərimizlə bağlı uydurma ittihamları "Şərq"ə təhlil edən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Ermənistan tərəfinin məhz bu cür addım atacağı əvvəlcədən bəlli idi. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan tərəfi bu kimi hallarda tamamilə əks davranış sərgiləyib:

"Dəfələrlə olub ki, erməni hərbçilər, mülki şəxslər yollarını azaraq Azərbaycana keçiblər. Lakin dövlətimiz həmin ermənilərin təhlükəsizliyini təmin edərək ən qısa müddətdə qarşı tərəfə geri göndərib. Humanitar məsələləri, o cümlədən hər hansı diversiya fəaliyyətinin olmaması faktını nəzərə alaraq, yolunu azmış ermənilər üzərinə "sərhədlərimizi qanunsuz keçmək" və s. maddələr qoymamışıq. Bütün normal ölkələr adətən belə edirlər. Reallıq odur ki, Azərbaycanda məhkəmə qərarı ilə həbs olunmuş 32 erməni diversanta görə Ermənistanın Baş naziri Nikol Paşinyana daxildə ciddi təzyiq var. Erməni terrorçuların ailələri baş nazirə davamlı etirazını bildirir və tələb edirlər ki, erməni diversantları Azərbaycan həbsxanalarından qurtarsınlar. İrəvan hökuməti iki əsgərin yolunu azaraq Ermənistana keçməsini fürsət kimi dəyərləndirir. Hərbçilərimiz ətrafında oyun qurmaqla, manipulyasiya etməklə, uydurma ittihamlarla girov saxladığı iki əsgərimizi Bakıdakı diversantlarla dəyişdirmək niyyəti güdürlər. Əsgərlərimiz ətrafında yaradılmış ajiotajın məqsədi budur. Onlardan "cinayətkar" obrazı yaratmaqla siyasi alver etmək istəyirlər".

T.Abbaslı bəyan edib ki, erməni ombudsmanın əsgərlərimizlə bağlı "müşahidələri" də yalandır:

"Dünya gördü ki, əsgərimiz əli bağlı vəziyyətdə necə vəhşicəsinə döyülür, işgəncə görür, üzü-gözü qan içindədir. Açıq-aşkar baş vermiş hadisə üzərindən "əsgərlər fiziki zorakılığa məruz qalmayıb" ifadəsi erməni xislətinin bariz nümunəsidir. Ermənilərin vəhşiliyini ifşa etməklə yanaşı, Ordumuz da girov saxlanılan hərbçilərimizi geri qaytarmaq üçün hərbi əməliyatlara hazır olmalıdır".

Oxunub: 316

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər