“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Xəzər Hövzəsinin Dayanıqlı İnkişafı üzrə Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET – Caspian
Integrated Scientific Network) nümayəndələri arasında görüş keçirilib. 5-8 iyun tarixlərində CASPISNET-in ADA Universitetində təşkil olunan illik toplantısı çərçivəsində beynəlxalq şəbəkənin üzvləri – CASPISNET-in həmsədri, Cenevrə Universitetinin professoru Aleksandr Babak Hecazi, ADA Universiteti, Tuluza Universiteti, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi və Nazarbayev Universitetinin Mədənçilik və Yer Elmləri Məktəbinin müəllim və professorları ilə keçirilən görüşdə “AzerGold” QSC-nin dağ-mədən, geologiya, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, eləcə də strateji planlaşdırma, ictimaiyyətlə əlaqələr və marketinq sahələri üzrə mütəxəssisləri iştirak ediblər.

"dogruxeber.tv" qeyd edir ki, Görüşdə CASPISNET-in əsas fəaliyyət məqsədləri barədə ətraflı məlumat verilib, elmi-tədqiqat şəbəkəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün ən yaxşı təcrübələri, davamlı inkişaf strategiyalarını mübadilə etmək məqsədilə yaradılmış elmi platforma olduğu diqqətə çatdırılıb. Beynəlxalq şəbəkə tərəfindən elm-sənaye tərəfdaşlığı modeli əsasında ətraf mühit, iqlim dəyişiklikləri, ekologiya, antropogen təhlükələr və digər risklərin qiymətləndirilməsi üçün “CASPISNET-2030” Gündəliyini hazırlayaraq, regional körpünün yaradılması hədəf olaraq müəyyənləşdirilib.

Tanışlıq və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə keçirilən görüşdə tərəflər dağ-mədən sahəsində fəaliyyətin təşkilində müasir
texnologiya, innovativ həllərin tətbiqi, alternativ enerji mənbələrindən istifadə, davamlı inkişaf sahəsində qiymətləndirmə, hesabatlılıq və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin beynəlxalq şəbəkə üzvlərinə “AzerGold” QSC tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı təcrübəsi, bu sahədə görülən işlərdən geniş bəhs olunub.

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

“AzerGold” QSC və CASPISNET arasında görüş keçirilib - FOTO

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər