gundem / siyaset / idman
15.06.2023, 15:00
Norveç və Danimarka Kiyevə təxminən on min mərmi verəcək
"dogruxeber.tv" Norveç Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Norveç və Danimarka Ukraynada sursat çatışmazlığı fonunda Kiyevə əlavə 9 min artilleriya mərmisi göndərəcək.
“Norveç və Danimarka Ukraynaya 9 min artilleriya mərmisi verməyə razılaşıblar”, - Norveç Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.
Norveçin mərmiləri Ukraynaya, Danimarka isə onlar üçün qoruyucu və yanacaq dolduracağı qeyd olunur.
Norveçin müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, Ukraynanın belə mərmilərə böyük ehtiyacı var.
dogruxeber.tv
Kamal Əsgərov


