gundem / hadise / dunya
22.06.2023
Çinin şimal-qərbində partlayışd baş verib
"dogruxeber.tv" "Sinxua" mediasına istinadən xəbər verir ki, çərşənbə günü axşam Ninxia Hui Muxtar Bölgəsinin (Çin Şimal-Qərbi) inzibati mərkəzi olan İnçuan şəhərində manqal restoranında partlayış baş verib, nəticədə 31 nəfər ölüb.
Partlayış axşam saat 20:40 radələrində Yinçuan şəhərinin Sinqinq rayonunda insanların sıx olduğu küçədə restoranın iş yerindən LPG sızması nəticəsində baş verib.
Ninxia Hui Muxtar Bölgəsi ÇKP Komitəsinin məlumatına görə, partlayış nəticəsində 38 nəfər xəsarət alıb, onlardan 31 nəfər xilasedicilərin səylərinə baxmayaraq ölüb. Digər 7 zərərçəkənə hazırda tibbi yardım göstərilir, onlardan birinin vəziyyəti ağırdır.
dogruxeber.tv
Gültəkin Talıbqızı


