“Uşaq pulu” yoxdursa, uşaq da yoxdur... - Deputatdan ETİRAZ

Ölkəmizdə yeni doğulan uşaqların sayı hər il azalır.

dogruxeber.tv: - Təkcə yanvarda respublikada 9935 körpə doğulub ki, bu da bir il əvvəlkindən 2,6% azdır. Bu dövrdə hər 1000 nəfərə düşən doğum səviyyəsi 11,5 olub. Doğulan uşaqların 53,5 faizini oğlanlar, 46,5 faizini isə qızlar təşkil edib. Bundan əlavə, təkcə 14 yaşınadək uşaqların sayı 2 milyon 250 min nəfərdir.

Ötən il ilə müqayisədə uşaqların sayı 10 min nəfər azalıb. Rəsmi rəqəmlərə əsasən 2015-ci ildə 166 min 210, 2016-cı ildə 159 min 464, 2017-ci ildə 144 min 41, 2018-ci ildə 138 min 982, 2019-cu ildə 141 min, 2020-də 125 min, 2021-ci ildə 110 min 700, 2022-ci ildə 122 min 846 körpə dünyaya gəldiyi bildirilib.

Rəqəmlərdən də göründüyü kimi, hər il doğuş sayı azalır. Ailələr bunda maraqlı olmadığını uşaq pulunun verilməməsi ilə əlaqələndirirlər. Vətəndaşlar sosial vəziyyətinin aşağı olması səbəbindən çox zaman 1 uşaqla kifayətlənir ki, bu da rəqəmlərə təsir edir. Uşaq pulunun verilməsi illərdir müzakirə olunsa da, bununla bağlı vətəndaşlar üçün hələ ki ürəkaçan xəbər verilmir. Son illər xüsusilə boşanmaların sayında da bir artım görülür.

Bunu da anlaşmazlıq, xasiyyət uyuşmamazlığı ilə əlaqələndirsələr də, əslində bunun da arxasında çox zaman sırf maddiyyatsızlıq, sosial durumun çətin olması məsələsi dayanır.

Milli Məclisin deputatı Fazil Mustafa "Cümhuriyət"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, ölkəmizdə demorqafik problem kifayət qədər ciddidir:

"Bütövlükdə uşaqların sayının azalması tam da sosial vəziyyətlə bağlı deyil. Bizdə sağlamlıqla bağlı kifayət qədər ciddi problemlər var. Bundan əlavə, köç problemi çox ciddi məsələdir. Çünki uşaqların sayı daha çox kəndlərdə olurdu. Bu gün kənddəkilərin hamısı Bakıdadır. Bakıda nə artım ola bilər?

Adamın perspektivi yox, ev tapa bilmir, ailə planlaşdırmasında düşünür ki, nə qədər az uşaq olsa, faydası olar. Boşanmanın da uşaq sayının artmasında mənfi təsiri var. Yəni bunu sırf “uşaq pulu” ilə əlaqələndirmək də doğru deyil. “Uşaq pulu” verilsə belə, bu, artıma ciddi təsir göstərməyəcək".

Deputat bildirib ki, səbəbləri həll etmək üçün öncə kəndlərdən başlamaq lazımdır:

"Buna görə də insanları “gecəqondu” mühitindən kəndə, rayonlara qaytarmaq, rayonlarda iş yeri açmaq lazımdır. Problemlər üst-üstə gəlir. Hamısı da nəticə olaraq uşaqların sayının azalmasına gətirib çıxarır. Ona görə də vəziyyəti kökündən dəyişməli, müalicəni kökündən başlamalıyıq. Biz sadəcə epizodik olaraq yaraya yod sürtməyə çalışırıq, bu da yaranın sağalması mənasına gəlmir".

Oxunub: 917

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər