Bu bağların salınmasına görə əkin subsidiyası ödəniləcək

Azərbaycan Respublikasında qeyri-neft məhsullarının ixracının artması dövlətin iqtisadi siyasətinin prioritetlərindəndir. Bunun təmin edilməsində kənd təsərrüfatı əhəmiyyətli rol oynayır. Belə ki, 2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixrac dəyəri 1.14 milyard ABŞ dolları təşkil etmişdir. Bunun da 39.3 faizini meyvə ixracı təşkil edib.

"dogruxeber.tv" xəbər verir ki, son illərdə intensiv meyvə bağlarının salınması üçün əkin subsidiyasının artırılması, habelə bu bağların becərilməsi üçün kənd təsərrüfatı texnika və avadanlıqlarına tətbiq edilən güzəştlər ölkədə meyvə istehsalının və ixracının artmasına səbəb olub.

Ölkənin ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü ildə Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4000 (dörd min) manat əkin subsidiyası veriləcək. Bu meyvə bağlarının salınması üçün əkin subsidiyasının ayrılmasında əsas hədəf Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarının iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.

Fermerlər intensiv şaftalı, nektarin və ərik bağlarına görə 2024-cü il üzrə qeyd edilən əkin subsidiyasını almaq üçün bəyan edilən bağlar aşağıda qeyd olunan şərtləri ödəməlidir:

Aqrar Subsidiya Şurasının qərarına əsasən subsidiya Ağdaş, Beyləqan, İmişli, Göyçay, Kürdəmir, Yevlax, Sabirabad, Saatlı və Zərdab rayonlarında 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan intensiv şaftalı, nektarin və ərik bağlarına şamil edilir;

Hər hektardan ən azı 2 nöqtədə 3 qatdan (0-30 sm, 30-60 sm, 60-90 sm) torpaq nümunələri götürülərək torpağın aqrokimyəvi analizi aparılmalıdır (nümunə götürülən nöqtələrin koordinatları qeyd edilməklə);

Götürülmüş torpaq nümunələrində elektrik keçiriciliyi göstəricisi 2,0 dS/m-dən az olmalıdır;

Bir torpaq sahəsində (parseldə) və ya bir neçə torpaq sahəsindən (parseldən) ibarət vahid ərazidə əkilməlidir və cəmi sahəsi ən azı 3 hektar olmalıdır;

1 hektara minimum 650 vegetativ calaqaltı ting əkilməlidir;

Ağacların gələcəkdə torpaqdan qaynaqlanan risklərdən (qrunt suyu və s.) qorunması məqsədilə tinglər tirədə (tinglər əkiləcək cərgələrin torpaq səthindən qrunt suyunun səviyyəsi nəzərə alınmaqla torpaq qatı ilə qaldırılması) əkilməlidir;

Əkilən tinglər bitki sağlamlığı cəhətdən müəyyən edilmiş tələblərə cavab verməlidir. Salınan bağ “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmalıdır.

Bağ salmaq istəyən fermerlər tezyetişən sortlar barədə məlumat almaq üçün Nazirliyə müraciət edə bilərlər.

Oxunub: 431

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər