Maştağanın yolları nə vaxt asfaltlanacaq? - VİDEO

dogruxeber.tv: - Bakının ən böyük kəndlərindən biri olan Maştağada yolun asfaltlanması işi yarımçıq görülüb. Xezerxeber.az-ın məlumatına görə, məhəllənin daxili yollarına vurulan asfalt heç bir yolsalma normalarına uyğun gəlmir.

Kəndin içməli su problemi həll edilərkən qazılan yollara asfalt çəkilmək əvəzinə yamaq vurulub.

Sakinlər deyirlər ki, yağış yağanda buradan piyada keçmək demək olar ki, qeyri-mümkündür. Baş yola çıxmaq üçün digər alternativ çıxış olmadığından sakinlər ərazidə əmələ gələn dərin gölməçələri çətinliklə də olsa keçməyə məcburdurlar. Hətta qış aylarında su basmış yollardan keçmək üçün qaz borularının üstü ilə hərəkət etməyə məcbur qalırlar.

Onlar iddia edir ki, bir neçə dəfə problemlə bağlı aidiyyəti orqanlara müraciət olunsa da, heç bir nəticə yoxdur.

Məsələ ilə bağlı Sabunçu rayonu, Maştağa Bələdiyyəsindən bildirilib ki, qeyd olunan küçələrə asfalt örtüyünün vurulması ilə bağlı işlər aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət investisiya proqramları çərçivəsində icra olunur.

Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən AAYDA-ya və Nazirlər Kabinetinə məktubla müraciət olunub. Hazırda məhəllədaxili küçələrin asfalt örtüyü ilə təmin olıunması üçün vəsait ayrılmayıb.//siam.az

Son xəbərlər

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Fransada anomal istilər səbəbindən ölən uşaqların sayı dördə çatıb

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Bütün xəbərlər