Oliqarx-deputatlara YENİDƏN ŞANS VERİLƏCƏK? – GÖZLƏNTİ

dogruxeber.tv: - Qarşıdan gələn növbədənkənar parlament seçkiləri diqqəti hazırki millət vəkillərin fəaliyyətinə yönəldib.
Artıq sosial şəbəkələrdə deputatların fəaliyyəti, onların növbədənkənar parlament seçkilərində yenidən mandat sahib ola bilib-bilməyəcəkləri ətrafında müzakirələr açılıb.

Reportyor.info mövzunun aktuallığını nəzərə alıb deputatların fəaliyyəti ilə bağlı kiçik araşdırma aparıb.

Yazıda əsasən biznes sahibi olan, mediada oliqarx deputatlar kimi təqdim edilən millət vəkillərinin fəaliyyətinə nəzər salacağıq. Onların 4 ildə nə ilə yadda qaldıqlarını incələməyə çalışacağıq.

Hazlrki parlamentdə xeyli sayda biznesmen deputatlar təmsil olunur ki, ictimai rəydə onların fəaliyyəti əsasən korporativ maraqların müdafiəsindən ibarət olduğu fikri hakimdir.

Belə deputatlardan biri də 77 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədovdur.

Məşhur Məmmədov oliqarx deputatlar kateqoriyasına aid edilir. Buna səbəb “Embawood” şirkətinin ona məxsus olması barədə məlumatların olmasıdır.

“Embawood” Azərbaycanın ən iri mebel şikrətidir. Məşhur Məmmədovun avtobiqorafiyasında onun şirkətin təsisçisi olduğu qeyd edilib. Deputat olduqdan sonra biznes sahəsindən geri çəkilib-çəkilmədiyi barədə sual açıq qalır. Qanun millət vəkillərinin bizneslə məşğul olmasını qadağan edir. Məşhur Məmmədovun qanuna necə “əməl” etdiy onun haqqında mediada dərc edilən yazılarda aydın şəkildə görünür. Lakin bizim mövzumuz bu deyil. Mövzumuz Məşhur Məmmədovun deputat kimi fəaliyyətinə nəzər salmaqdır.

Təəssüf ki, Məşhur Məmmədov bu 4 il ərzində hər hansı təklifi, fikri ilə yadda qalmayıb. Hər halda bu barədə məlumat yoxdur. Əksinə, internet resurslarından axtarış verərkən onun şirkəti ilə bağlı məhkəmə çəkişmələrindən bəhs edən xəbərlərə rast gəlinir.

Məşhur Məmmədovun qeyri-fəallığı onu növbədənkənar parlament seçkilərindən kənarda qoya bilər. Hakimiyyətin seçkiyə münasibətdə davranışlarından sezilir ki, növbədənkənar seçkilər nəticədə cəmiyyətin qəbul edəcəyi bir parlamentin formalaşmasını şərtləndirsin. Belə bir parlamentdə çətin ki, Məşhur Məmmədovun yeri görünsün.

Qeyri-fəallığı ilə seçilən deputatlardan biri də Cavanşir Feyziyevdir.

Cavanşir Feyziyev “Avromed” şikrətinin təsisçisi kimi tanınır. Lakin 2020-ci ildə şirkətin yaydığı açıqlamaya görə, Cavanşir Feyziyev 2010-cu ilə qədər “Avromed Company” QSC-nin direktoru vəzifəsində çalışıb.

İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda isə onun 2013-cü ildə viza müraciəti zamanı özünü “Avromed Company” QSC-nin icraçı direktoru kimi təqdim etdiyi bildirilir.

Bundan başqa, Cavanşir Feyziyevin tütün biznesi ilə məşğul olduğu deyilir. “Tabaterra Leaf” şirkətinin ona məxsus olduğu barədə mediada dəfələrlə yazılıb. Qarşı tərəf bu iddiaları təkzib etməyib.

Cavanşir Feyziyev əsasən Böyük Britaniyadakı məhkəmə çəkişməsi ilə yadda qalıb. Bu ilin martında məlumat yayılmışdı ki, Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb.

Bütün bunlar Cavanşir Feyziyevin deputat kimi karyerasını sual altına alır.

Növbəti yazıda digər oliqarx deputatların fəaliyyətinə nəzər salacağıq.

Redaksiya olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Oxunub: 290

Son xəbərlər

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Bütün xəbərlər