“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində kartofçu-fermerlərə nəzəri təlim keçirilib.

QSC-dən "dogruxeber.tv"a bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində təşkil edilən təlimi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin müavini Hikmət Nəsirov keçib. O, “Kartofdan yüksək məhsul alınmasının becərmə texnologiyası” mövzusunda təqdimatla çıxış edərək, fermerlərə kartofun növbəli əkində yeri, torpağın əkinqabağı becərilməsi, gübrələmə sistemi, əkin materialı və onun hazırlanması, əkin, bitkilərə qulluq, məhsul yığımı, kartofun saxlanma şəraiti haqqında ətraflı məlumat verib.

Fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim sual-cavab formatında davam edib.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Xatırladaq ki, cari ilin əvvəlindən icra edilən layihədə əsas məqsəd “AzerGold” QSC-nin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir. Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – fermerlər cəlb ediliblər. Layihə çərçivəsində, ümumilikdə 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, habelə layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85 faizinin fermerlərə bağışlanması, məhsulun 15 faizinin isə səhmdar cəmiyyət tərəfindən xeyriyyə məqsədilə istifadə edilməsi planlaşdırılır.

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi çərçivəsində fermerlərə təlim keçirilib

Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosialyönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğunun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Səhmdar Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

Oxunub: 466

Son xəbərlər

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Avro və rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bryansk bölgəsindəki meşədə beş yeniyetmə azıb

Sinif yoldaşını yandıran şagirdlə bağlı QƏRAR VERİLDİ

Bakının bir sıra yollarında tıxac yaranıb

"Qalatasaray" məğlub oldu

ABŞ öz vətəndaşlarına Livanı tərk etməyi məsləhət görüb

“Nazirlər və prezidentlər paytaxtdan kənarda çox şeyi görmürlər”

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Bütün xəbərlər