“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Daşkəsən rayonunun Çovdar kəndində içməli su təminatının yaxşılaşdırılması məqsədilə mövcud bulağın əsaslı təmiri və yenidən qurulmasını həyata keçirib.

QSC-dən "dogruxeber.tv"a bildirilib ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin yaxınlığında yerləşən kəndin sakinlərinin müraciəti əsasında bərpa edilən bulağın istifadəyə verilməsi mərasimində iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev Çovdar kəndinin sakinlərinin gördüyü işlərlə tanış olub. Tədbir çərçivəsində sakinlərin müraciətləri də dinlənilib, cari aktual olan məsələlər müzakirə edilib.

Səhmdar cəmiyyət tərəfindən bulağın mənbə hissəsindən gələn suyun toplanması, çökdürülməsi və təmizlənməsi üçün xüsusi çən quraşdırılaraq, yeni su xətti çəkilib, əsaslı təmir edilmiş bulağın ətrafında abadlıq işləri aparılıb. Yeni bulağın istifadəyə verilməsi ilə kənddə mövcud su probleminin həllinə əhəmiyyətli dərəcədə töhfə verilib.

Qeyd olunub ki, layihə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan təmiz suyun hər kəs üçün əlçatanlığının təmin edilməsi istiqamətində həyata keçirilən və ölkəmizin də könüllü olaraq qoşulduğu qlobal fəaliyyətə, qəbul etdiyi milli inkişaf prioritetlərinə töhfə vermək məqsədi daşıyır. Belə ki, daha əvvəl Daşkəsən rayonunun Çaykənd kəndi və “Şadax” adlanan yaşayış məntəqəsində də yeni bulaqlar inşa edilərək yerli əhalinin istifadəsinə verilib.

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

“AzerGold” QSC tərəfindən ucqar Çovdar kəndində içməli su təminatı yaxşılaşdırılıb - FOTO

Son xəbərlər

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Bütün xəbərlər