Məxfi sənədləri rus casuslara ötürərkən yaxalandı

dogruxeber.tv: - Moldovada məhkəmə ölkə parlamentinin hüquq departamentinin başçısı İon Kryangenin həbsi barədə qərar verib.

“AzPolitika” xarici media resurslarına istinadla xəbər verir ki, o, avqustun 1-də dövlətə xəyanətdə və qəsddə şübhəli şəxs qismində saxlanılmışdı.
Kryangenin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşlarına Moldovanın maraqlarına ziyan vura biləcək məxfi informasiya ötürdüyü ehtimal olunur. Kryange ilə bilrikdə Moldova Sərhəd Polisinin əməkdaşı da saxlanılıb. Onun adı açıqlanmır. O da Kryange kimi 30 sutkalığına həbs edilib.
Moldova qanunları şübhəlilərin məhkəmə qərarı olmadan 72 sutka saxlanmasına imkan verir.

Bundan əvvəl Qərb mediası yazmışdı ki, Kryange informasiyaları Rusiya səfirliyinin əməkdaşına ötürdüyü anda saxlanılıb. Xəbər verilir ki, Təhlükəsizlik Xidməti onun və ehtimal edilən əlbirinin evlərində, habelə parlamentin hüquq departamentində axtarış aparıb.

Prokurorluğun materiallarına görə. saxlananlar Rusiya tərəfi ilə 2023-cü ildən əməkdaşlıq edirdilər. Moldovanın PRO TV kanalı bildirib ki, Rusiya səfirliyi onlara dövlət sirri təşkil edən informasiyalara görə 500 dollardan 2000 min dollaradək pul ödəyirmiş.

Bu da xəbər verilir ki, axtarışdan və Kryange ilə sərhədçinin saxlanmasından sonra Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyi hərbi attaşesinin müavini Dmitri Kelovu “persona non grata” elan edib.

Məxfi məlumatları məhz onun qəbul etdiyi ehtimal olunur. Kelov tanınmamış Dnestryanı respublikasındakı situasiyanı kurasiya edən vahid nəzarət komissiyasının – üçtərəfli strukturun üzvü olub.

Rusiya XİN Kişinyovun bu hərəkətini “dost olmayan akt” adlandırıb. Əgər bu məlumatlar təsdiqini taparsa, bu, Moldovada son iki ayda baş vermiş ikinci belə insident olacaq.

İyun ayında “The Insider” saytının jurnalistləri yazırdılar ki, Moldova Baş Qərargahının keçmiş rəisi İqor Qorqan Rusiyanın Moldovadakı attaşesi Aleksey Makarovla sıx münasibətdə olub. Təhqiqat nəticələrində deyilir ki, Makarov Rusiya Baş Kəşfiyyat İdarəsi GRU-nun kuratorudur. Qorqan hazırda casusluq ittihamı ilə həbsdədir.

“The Insider” saytının məlumatından sonra Moldova Rusiya səfirliyinin 70 əməkdaş və işçisindən 45-ni ölkədən çıxarıb. Kişinyov bildirirdi ki, bu tədbir Moskvanın Moldovadakı vəziyyəti sabitsizləşdirməsinin qarşısının alınması ilə bağlı görülür. Lakin Moldova rəsmilərinin məlumatına görə, hətta Kişinyovda hazırda qalmaqda olan Rusiya diplomatlarının azı 2-si FTX əməkdaşıdır.

2022-ci ildə Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi başlananda Kişinyov birmənalı şəkildə Kiyevin və Qərbin tərəfində olduğunu elan edib. Ötən ay Moldova Avropa İttifaqı ilə bloka üzvlüyə dair danışıqlara başlayıb.//“AzPolitika.info”

Son xəbərlər

Azərbaycanda vahid büdcə təsnifatı yenilənib

I sinif üzrə boş qalan yerlərə qəbul başlayır

Rusiya XİN: ABŞ İrəvanla saziş imzalayarkən Ermənistanın maraqlarını düşünmür

Azərbaycanda qadınlar kişilərdən niyə daha az maaş alır?

Moldova Rusiya ilə vizasız rejimi ləğv edir?

Paşinyan: Rusiya ilə mübahisə etməyəcəyik

Türkiyə sərhədində “hərbi qala”: Regionda güc balansı necə dəyişəcək?

Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı

ABŞ-da yanacağın qiymətləri 42,2% artıb

"Yeni universitet, ölkəmizin modern təhsil xəritəsində tamamilə yeni bir intibahın təməlini qoyur" - AÇIQLAMA

“Onlar uğursuz dövlətdir”

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

Polşada banderizm ideologiyasına qarşı yeni qanun layihəsi hazırlanır

Maştağada yanğın olub

Məhərrəmlik ayı bu tarixdə başlayır

Mütəxəssislərdən qidalanma ilə bağlı XƏBƏRDARLIQ

Türkiyə və Ermənistan normallaşma və regional gündəmi müzakirə ediblər

Konqoda Eboladan ölənlərin sayı 60 nəfərə çatıb

Bu platformanın rəhbəri həbs edildi: Qanunsuz mərc oyunlarına təşviq etdiyi üçün

Seyid Əli Xamenei üç günlük vida mərasimindən sonra Məşhəddə dəfn ediləcək

Benzin böhranı yaxınlaşır – bəzi bölgələrdə satış məhdudlaşdırıldı

Koxalski və Zubir UEFA Çempionlar Liqasının ən yaxşıları arasında

Hikmət Hacıyev İran səfiri ilə görüşdü - Foto

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana yola salınıb

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA

Polşada hökumət məktəblərdə telefon istifadəsini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib

Diplomatik xidmət əməkdaşlarına müavinət ödəniləcək

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Bütün xəbərlər