44 saylı notariusun adı saxtakarlıqda keçir, Ədliyyə Nazirliyi isə deyir ki…

Paytaxtın Yeni Günəşli, “A-B” yaşayış massivindəki “Sahil – S İnşaat” firmasına məxsus binadan mənzil alan Nəzərova Aynur Nəcmi qızı saxtakarlıqla üzləşib.

"dogruxeber.tv" bildirir ki, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaş Xudiyeva Nigar Akif qızı məhkəməyə müraciət edərək mənzilin ona aid olduğunu iddia edib. Lakin bunun müqabilində Nigar Xudiyeva məhkəmənin tələb etdiyi maliyyə arayışını təqdim etmir və ya edə bilmir. Bununla bağlı mənzilin əsl sahibi Aynur Nəzərovanın bildirdiyinə görə, məhkəmə hər dəfə Nigar Xudiyevadan maliyyə arayışı təqdim etməsini istəyəndə, o bundan yayınır: “Nigar Xudiyeva məhkəməyə bildirir ki, guya maliyyə arayışı var, amma onu göstərə bilməz. Yəni faktiki olaraq yalan danışır, saxtakarlıq edir. Əgər maliyyə arayışı varsa, niyə onu məhkəməyə təqdim etmir? Amma görüb ki, məhkəməni inandıra bilməyəcək, başqa qanunsuz yola əl atıb”.

Aynur Nəzərova qeyd edir ki, Nigar Xudiyeva bu dəfə 44 saylı notariat kontorundan istifadə edib: “Bu şəxs hansısa yolla 44 saylı notariat kontorundan sənəd alıb və bu arayışın surətini göstərib. Deyib ki, onun əsl variantını, yəni orijinalını təqdim etməyəcək, surəti ilə tanış ola bilərsiniz. Ona görə də biz bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə sorğu göndərdik, 44 saylı notariusun həmin sənədi verib-verməməsini dəqiqləşdirmək istədik. Bizə rəsmi cavab verildi ki, ümumiyyətlə, Nigar Xudiyeva adlı vətəndaşın 44 saylı notariat kontoruna müraciəti olmayıb”.

Aynur Nəzərova cumhuriyyet.az-a şikayətində deyir ki, indi müəmmalı məsələ həmin sənədə möhür vurulması, notariusdan kağızı necə əldə edə bilməsidir: “Görünür ki, ya saxta kağız hazırlamağa 44 saylı notariusda kimsə kömək edib, yəni maddi maraq qarşılığında bunu düzəldiblər, ya da Nigar Xudiyeva tamamilə yalan danışır. Bütün hallarda 44 saylı notariat ofis buna aydınlıq gətirməlidir. Ədliyyə Nazirliyindən bizə verilən rəsmi cavabda məlum olur ki, belə bir müraciət qeydə alınmayıb, amma sənədin üzərində də notariusun möhürü var. İndi kim yalan danışır üzə çıxmalıdır və 44 saylı notariusun bu prosesdə Nigar Xudiyeva ilə əlbir olub-olmadığı araşdırılmalıdır”.

Aynur Nəzərova mənzilin ona aid olduğunu, əlindəki maliyyə arayışının bunu təsdiq etdiyini əminliklə söyləyir və qarşı tərəfin iddialarının heç bir hüquqi əsası olmadığını vurğulayır.

Oxunub: 331

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər