Dövlətin qanunlarına qənim çıxan birlik

Bu gün bir maklerlə (dəllal) həmsöhbət olarkən ona evimin üstünə ikinci mərtəbə tikmək istədiyimi dedim və soruşdum ki, - "Siz bilərsiniz, icra hakimiyyətindən icazə almaq üçün nə qədər rüşvət verməliyəm?".

Cavab verdi ki, - "Sənin üçün mən xahiş edərəm, 6000-ə (altı min) icazə verərlər.

Soruşdum, - "bəs şəhərsalma, fövqəladə nə qədər?"

Dedi, - "Onları icra özü yoluna qoyur".

Bəli, sözümün canı budur ki, hər yerdə yerli icra hakimiyyətinin qanunsuz tikintilərlə bağlı fəaliyyətini ən yaxşı bilən məhz maklerlərdir və bütün rayonlarda yerli icra hakimiyyətləri Şəhərsalma və Arxitektura Komitəsi (ARXKOM), Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi (FHN), eləcə də Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) ilə əlbir işləyirlər.

"dogruxeber.tv" bildirir ki, bu barədə dəfələrlə portalımızda real faktları ilə birlikdə məlumatlar dərc etmişik. Paytaxtın Suraxanı, Sabunçu, Xəzər, Binəqədi, Nizami və digər rayonlarında aparılan qanunsuz tikintilərlə bağlı hətta yuxarıda sadaladığımız aidiyyatı qurumlara da rəsmi sorğular, müraciətlər ünvanlamışıq. Bəzən həqiqətə zərrə uyğun olmayan cavablar veriblər, bəzən ümumiyyətlə cavab verməyiblər, bəzən isə Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilən 3 mərtəbəli iaşə obyektinin aqibəti kimi biri-birinin üstünə ataraq məsuliyyətdən yaxalarını kənara çəkiblər.



Sabunçu "krallığ"ındakı qanunsuz işlər sizi təəccübləndirməməlidir - "Elə bil Azərbaycanda yaşamırsınız" // VİDEO

Məhz adlarını çəkdiyimiz dövlət qurumlarının əlbir çalışaraq qanunsuz işlərə (tikintilərə) şərait yaratdıqlarının nəticəsidir ki, bu gün Suraxanı rayonun bəzi ərazilərində (Hövsan qəsəbəsi, "Quşçuluq" massivi) və digər bir neçə rayon ərazilərindəki dünyaya qaz ixrac edən ölkəmin vətəndaşları qazsız yaşayırlar. Ərazi kənd təsərrüfatı təyinatlı olduğu üçün Azəriqaz həmin ərazini qazla təmin edə bilmir, amma yerli icra hakimiyyəti, ARXKOM və ƏMDX sayəsində həmin ərazilər böyük yaşayış ərazisinə - qəsəbəyə çevrilib.

Bundan əlavə, Sabunçu, Suraxanı, Xəzər rayonu ərazisində yaşayan insanların bir qismi saç tökülməsi, oynaq ağrıları və halsızlıqdan əziyyət çəkirlər. Buna səbəb isə yaşadıqları mənzilin məhz yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş olmasıdır.

Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsinin bir neçə gün əvvəl təqdim etdiyimiz videogörüntülərində də bu cür qanunsuz işlərin davam etdirildiyinin həm biz özümüz şahidi olduq, həm də ictimaiyyətin - xüsusilə də aidiyyatı qurumların diqqətinə çatdırdıq.

Nə dəyişdi?

Təbii ki, heç nə.
Heç dövlətin qanunlarını icra etməli olan qurumları belə rəsmi sorğularımıza verəcək cavab tapa bilmədilər. Yerli mediada sözügedən qurumlarda rəhbər vəzifələrdə çalışan Adil Vəliyev, Adil Əliyev, Elşən Salahov, Kəmaləddin Heydərov, Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev və digər bu kimi şəxslərin sahib olduqları bizneslərinin, mülklərinin siyahısına nəzər saldıqda bu qədər qanunsuz işlərə şərait yaratmalarının səbəbini anlamış oluruq. Amma, daha bir acı reallıq isə budur ki, vəzifəsindən sui-istifadə edən, qanunsuz əməllər törədən şəxslər vəzifəcə daha sürətli yüksəlir, daha böyük səlahiyyət, söz sahibi olurlar.

Bu onun göstəricisidir ki, pulun açmadığı bir dənə "paslı qıfıl" belə yoxdur və o, "qıfılları açmaq" üçün də həmin məmurlar pulu məhz xalqın - siravi vətəndaşların özlərinin "ciblərindən çıxarırlar".

Molla Nəsrəddin demişkən, "pulunu verən tütəyi çalır".

Əlində nəğd pulu olan hər kəsə respublikanın bütün əraziləri "qurbandır", bu qanunsuz işlərin sənədləşmə mərhələsindəki qanuni işlərin qurbanı isə siz vətəndaşlar.

Diqqətli olun !!!

Qeyd edək ki, növbəti yazımızda qanunsuz tikintilərin bol olduğu rayonlardan biri olan Xəzər rayonu ərazisindəki qanunsuz tikintilərin görüntülərini və həmkarının Şüvəlan qəsəbəsindəki bağ evində tez-tez möhtəşəm məclislər təşkil edən Elşən Salahov barəsində vacib məlumatları diqqətinizə çatdıracağıq.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Şamaxıda dəhşət: kürəkəni tərəfindən öldürüldü

“AzerGold”un təşkilatçılığı ilə Göygöl rayonunda səyyar tibbi müayinə aksiyası keçirilib

İyul ayının pensiyaları ödənildi

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Azərbaycanda bu şəxslər 1500 manatadək cərimələnəcək

Balıqçılıq məhsullarının yeni satış qaydası

Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Yarımfinalda nəhənglər meydana çıxır...

"Atom bombası hazırlamağın vaxtı çatıb" - İranlı parlamentari

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi başlanır

“Rosko” kolbasaları hansı ətdən hazırlanır? –ŞOK detallar

İlham Əliyev Slovakiya Prezidenti ilə təkbətək görüşdü

Meksikada güclü zəlzələ

İran Hörmüzdə tankerlərə atəş açıb, ölən var

Azərbaycan neftinin qiyməti 3 dollardan çox artıb

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Bakının bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - 14.07.2026

Danışıqlara başlamağın vaxtıdır - Merz

“Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar

Hava xəbərdarlığı: leysan olacaq, dolu düşəcək

Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb

ADY-nin NFC ödəniş sistemi sərnişinlərə problem yaradır - Narazılıq

Sabah son iclas olacaq, deputatlar tətilə çıxacaq

Dövlət şirkətində kütləvi ixtisar – 90-a yaxın işçi işini itirdi

3 gündür universitet kampusunda qalan tələbələr belə xilas edildi

Hikmət Hacıyev Şuşada "Tiktok" və "Linkedin"in məsul şəxsləri ilə uşaqların onlayn qorunması məsələlərini müzakirə edib

Layihələndirilən aqrar müəssisələr üçün YENİ ÖHDƏLİKLƏR müəyyənləşir

Oğuzda 28 yaşlı şəxsin meyiti tapıldı

Bütün xəbərlər