gundem / siyaset / dunya
15.02.2025, 09:30
Zelenski ABŞ-nin istədiyi sazişi imzalamadı
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin mineral ehtiyatlarla bağlı təklif etdiyi sazişdə “hər şeyi imzalamağa” hazır olmadığını bildirib.
"dogruxeber.tv" xəbər verir ki, Zelenski Münhen Təhlükəsizlik Konfransında deyib:
"Mən hər şeyi imzalamağa hazır deyiləm, lakin mineral ehtiyatlarımızla bağlı sazişi müzakirə etməyə hazıram".
ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevə mineral ehtiyatlara dair saziş layihəsini təqdim edib. Ukrayna sazişin düzəlişləri ilə bir versiyasını ABŞ-yə qaytarıb.



