“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin dəstəyi ilə Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsinin icrasına başlanılıb.

QSC-dən "dogruxeber.tv"a verilən məlumata görə, qurumun İdarə Heyətinin üzvü – sədr müavini Xəyyam Fərzəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Qocayev, eləcə də yerli icra nümayəndəlikləri, bələdiyyə və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə layihənin təqdimatı olub.

Bildirilib ki, layihə “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi Daşkəsən və Göygöl rayonlarında heyvandarlıq və bitkiçilik təsərrüfatlarında məhsuldarlığın artırılmasına töhfə vermək, aqrar sahədə fəaliyyətin ətraf mühitin mühafizəsi norma və tələblərinə uyğun şəkildə təşkilinə dəstək göstərmək məqsədilə icra edilir. Layihə çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda il ərzində ümumilikdə 24 dəfə fitosanitar monitorinq, 12 dəfə fumiqasiya tədbiri, 150 məntəqədə bitki mühafizə tədbiri, laborator müayinələr, torpaq və su nümunələrinin ekspertizası, aqrokimyəvi analizlərin aparılması nəzərdə tutulub. Həmçinin heyvandarlıq təsərrüfatlarında 6 dəfə baytarlıq yoxlamalarının aparılması, o cümlədən 280 iribuynuzlu, 285 xırdabuynuzlu, 123 arı ailəsinə ümumi kliniki baxışın keçirilməsi, qan nümunələrinin analizi, ümumi sahəsi 2026 kvadratmetr olan heyvandarlıq məntəqələrində 7 dəfə dezinfeksiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində, həmçinin heyvandarlıq və bitkiçilik sahələrində fəaliyyət göstərən kəndli-fermerlərə ümumilikdə 60-dan çox təlimin keçirilməsi, onların bitkiçilik sahəsində zərərli orqanizmlərlə mübarizə, fitosanitar monitorinq, fumiqasiya tədbirləri, xüsusi təhlükəli yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısının alınması üçün torpaqların aqrokimyəvi analizlərinin aparılması üsul və qaydaları haqqında məlumatlandırılması, zəruri məsləhətlərin verilməsi planlaşdırılıb.

Bununla “AzerGold” QSC-nin istismar işləri həyata keçirdiyi mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrdə kəndli-fermerlərin öz təsərrüfatlarını daha da inkişaf etdirməsinə dəstək göstəriləcək, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr veriləcək.

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin icrasına başlanılıb

Oxunub: 399

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər