Qohum evliliyi qadağandır – Bəs qeyri-rəsmi evlənənlər cəzalandırılacaq?

Məlum olduğu kimi, iyulun 1-dən etibarən Azərbaycanda ailə münasibətlərinə dair mühüm bir hüquqi dəyişiklik qüvvəyə minib. Belə ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklə əmi, xala, bibi və dayı uşaqlarının evlənməsinə rəsmi şəkildə qadağa qoyulub. Bu yeniliklə nikahın bağlanmasına mane olan hallar genişləndirilib və yaxın bioloji qohumluq əlaqələri olan şəxslər arasında evliliklərə hüquqi məhdudiyyətlər tətbiq olunub.

"dogruxeber.tv" xəbər verir ki, Vəkil Tural Həsənli e-huquq.az-a açıqlamasında deyib ki, qanun bu cür evlilikləri qadağan etsə də, əgər insanlar bu münasibətləri qeyri-rəsmi şəkildə (rəsmi nikah olmadan) yaşayırsa və hətta bu münasibətdən uşaq doğulursa, buna görə heç bir sanksiya, yəni cəza nəzərdə tutulmayıb. Bu isə cəmiyyətdə çaşqınlıq yaradır: əgər bu qadağandırsa, niyə cəza yoxdur?

Bu suallara cavab olaraq vəkil deyib ki, hər kəsin müəyyən yaşa çatdıqdan sonra ailə qurmaq haqqı var. Dövlət kimlərin evlənə biləcəyini müəyyən edə bilər, amma bu seçimə görə insanlara cəza tətbiq etmək doğru deyil: “Qeyd edim ki, ümumən nikah hüquqdur. Dövlət müəyyən şəxslərin nikaha daxil olmamağı ilə bağlı tənzimləmələr edə bilər. Amma müəyyən yaş həddinə çatmış şəxslərin nikaha daxil olmağına görə sanksiya müəyyən etməməlidir”.

T.Həsən misal olaraq bəzi Avropa ölkələrində hətta eyni cinsdən olan şəxslərin də evlənə bildiyini qeyd edib. O deyib ki, bir ölkədə nəyinsə qadağan olması onun mütləq şəkildə cəzalandırılmalı olduğu anlamına gəlmir: “Dövlət bioloji qohumların nikahına qanunla mane ola bilər, amma bu münasibətə görə insanlara cəza vermək düzgün deyil”.

Oxunub: 399

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər