Şok-Olay Gündəm oldu : Mingəçevir Şəhər Uşaq İncəsənət məktəbinin kollektivi Şəkidə hoqqa verdi

dogruxeber.tv: - Mingəçevir şəhər şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin pedaqoji kollektivi Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə Şəki şəhərində yerləşən “Zipline “istirahət mərkəzinə səfər ediblər.Əvvəldən adi istirahət və kollektiv gəzinti kimi təqdim olunan bu səfər sonradan bir qalmaqala çevrilib.

Məktəbin müəllimlərindən Xəyal İsmayılov və Mustafa Mustafayevin spirtli içki qəbul etməsi günün gedişatını kökündən dəyişib.İçkinin təsiri altında olan bu şəxslər öz davranışları ilə həm xanım müəllimlərlə mübahisəyə səbəb olublar,həm də ümumi,əxlaqi və etik çərçivələri pozublar.

Ən təhlükəli məqam isə, içkili vəziyyətdə olan Xəyal İsmayılovun atraksiona minib onu qəsdən yelləməsi nəticəsində digər qadın müəllimlərin həyatı real təhlükə altına düşüb.Hadisə iştirakçılarının sözlərinə görə, həmin anda istirahət mərkəzində az qala faciə yaşanacaqdı.

Müəllimlər arasında yaranan insident o qədər gərgin olub ki,tərəflər Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməyə çalışıblar.Lakin dağlıq ərazidə mobil şəbəkə olmadığı üçün bu mümkün olmayıb.Nəticədə iştirakçılar istirahət mərkəzinin mühafizə xidmətinə müraciət etmək məcburiyyətində qalıblar.

Bu mənzərəyə nə ad vermək olar?

Məktəbdə şagirdlərə mədəniyyət,sənət və əxlaq dərsi keçən müəllimlərin özlərini cəmiyyət içində bu cür aparması təkcə rüsvayçılıq deyil, həm də peşə adına ləkədir.”Müəllim” adına yaraşmayan bu davranışlar, xüsusilə də incəsənət və mədəniyyət sahəsində çalışan şəxslər üçün daha böyük məsuliyyət doğurur.Cəmiyyətə örnək olmaq əvəzinə, öz şəxsi məsuliyyətsizlikləri ilə həm məktəbin, həm də ümumi təhsil sisteminin adına kölgə salmaq-heç bir formada bağislanasi deyil.

Qaldı rəhbərlik…Sual olunur:bu səfər təşkil olunarkən məsuliyyət kimdə idi?Muəllimlərin davranışına görə tədbir görüləcəkmi?Yoxsa yenə də” öz aralarında həll etdilər” deyib məsələni ört-basdır edəcəklər?

Bu hadisə bir daha göstərdi ki, bəzi müəllimlərə təkcə dərs keçmək yox, həm də cəmiyyət içində necə davranmaq öyrədilməlidir.



Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.//simalregion.az

Oxunub: 588

Son xəbərlər

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

Bütün xəbərlər