"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"DoğruXeber.az" xəbər verir ki, Xaçmaz şəhərində, Nərimanov küçəsində yerləşən bu bina artıq 11 ildir ki, tikilir... ya da tikilirmiş kimi göstərilir.

Əgər yolunuz Xaçmaz şəhərinin Nərimanov küçəsindən düşsə, diqqətli olun: bura Azərbaycan memarlığının yeni “abidə”sidir – bitməyən tikinti və başıpozuq məsuliyyət anlayışının simvolu. Ərazidə hasarlanmış, içi zibillə dolmuş, ətrafı çökən səki, təbiəti məhv edilən bir sahə sizi qarşılayacaq. Elə bil Hollivud filmlərindəki post-apokaliptik səhnələrdən biridir. Amma fərq ondadır ki, bu səhnə süni dekor deyil – hakimiyyətin laqeydliyinin canlı nümunəsidir.

2014-cü ildə hasarlanıb, vəd olunub, unudulub.

Sakinlərin dediyinə görə, 2014-cü ildə bu ərazi hasara alınıb və o gündən bəri, bura artıq “xalq arasında” Piyada 8 adı ilə tanınmağa başlayıb. Hasar içində qalan piyadalar, ağaclar, həyat və bütün ümidlər – görünür ki, hasar həm də düşüncəyə çəkilib.

Əvvəlcə elə biliblər ki, bina ucaldılacaq, ətraf abadlaşdırılacaq, küçə şəhərə yaraşan görkəmə salınacaq. Amma illər keçib, tikinti səsini yalnız rüzgarlar əvəzləyib, hasarın arxasından isə ancaq zibil, torpaq uçqunları və tərk edilmiş lövhələr boylanıb.

Hasarın içində qalan yaşıl ağaclar illərdir baxımsız və diqqətsiz şəkildə quruyur. Elə bil Xaçmazın yaşıllığı da bu məsuliyyətsizliyin girovuna çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu məsələyə münasibəti isə səssiz və şəffafdır – şəffaf o qədər ki, heç görünmür.
Tikinti deyil, "Tikinti oyunu" – məsuliyyət kimindir?

"DoğruXeber.az" olaraq sual edirik:

Bina kimə məxsusdur?

Tikintiyə niyə başlanıb və sonra niyə saxlanılıb?

Səki və yol infrastrukturu niyə bərpa olunmur?

Bu ərazi niyə 11 ildir zibilliyə çevrilib?

Və ən əsas sual: Niyə heç kim cavab vermir?
Siyasi məsuliyyət: Haradadır İcra Hakimiyyəti?

Xaçmaz rayon İcra Hakimiyyətinin bu məsələyə münasibəti tənqidlərə cavab verməyən, amma tədbirlərə baş vuran şəffaflıqdan ibarətdir. Sanki sakinlər hər gün bu ərazidən keçəndə “göz yummağa öyrəşiblər”, çünki aidiyyəti şəxslər artıq 11 ildir gözlərini bağlayıb.

Əgər bu ərazi hansısa sahibkara verilibsə və bu sahibkar illərlə şəhərin mərkəzində belə bir vəziyyəti “hədiyyə” edib, bəs dövlət orqanları hara baxır? Əgər cavab “investisiya planı gecikir”dirsə, o zaman bu plan da zibilliyə atılsın, heç olmasa ətrafı təmizləyin.

Sakinlərin səbrinin də tarixi var...

Sakinlər artıq tikintinin bitməsini gözləmir. Onlar sadəcə artıq ümidlərini də hasar içində basdırıblar. Hər gün zibillik, narahat yol, təhlükəli səki və dağılmış təbiət mənzərəsi ilə qarşılaşırlar. Ən azı bu insanların səbrinə bir hörmət əlaməti olaraq, məsələ ictimai gündəmdə saxlanmalıdır.

"DoğruXeber.az" xəbər verir:

“Əgər bir ərazidə 11 ildir eyni problemlər təkrar-təkrar yaşanırsa, bu artıq problem deyil, SİYASİ QƏSTdir!”

Hesab edirik ki, aidiyyəti qurumlar dərhal bu ərazinin vəziyyəti ilə bağlı ictimai hesabat verməlidir.

Tikintiyə cavabdeh olan şəxslərin kimliyi açıqlanmalı;

Yol və səki infrastrukturu bərpa olunmalı;

Ətraf mühit qorunsun, zibil və təhlükəli elementlər təmizlənməli;

Və nəhayət: Xaçmaz şəhəri sakinlərinə layiq olan diqqət göstərilməlidir.

Çünki bu xalq “hasarlanmış vədlərlə” yox, yerinə yetirilmiş məsuliyyətlə yaşamağa layiqdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

"11 İLDİR HASARA ALINMIŞ VƏDƏLƏR" – Xaçmazın Nərimanov küçəsi nəhayət tarixi abidəyə çevrilir ?

Oxunub: 874

Son xəbərlər

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

Bütün xəbərlər