gundem / hadise / Cəmiyyət
22.07.2025, 15:45
"Sum Park"da fəhlə facəvi şəkildə həlak oldu
Sumqayıtda tikintisi həyata keçirilən "Sum Park" yaşayış kompleksində bədbəxt hadisə baş verib.
"dogruxeber.tv"ın Qaynarinfo-ya istinad məlumatına görə, tikinti şirkətində kanalizasiya xətti çəkilişi zamanı 2005-ci il təvəllüdlü fəhlə Ariz Ağayarov işlədiyi ərazidə üzərinə torpaq tökülərək dünyasını dəyişib.
Qeyd edək ki, "Sum Park" yaşayış kompleksi Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşir.



