Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

"dogruxeber.tv" xəbər verir ki, redaksiyamızın elektron ünvanına Göyçay rayonunun Çaxırlı kənd sakinləri tərəfindən müraciət daxil olub.

Müraciətdə bildirilir ki, "Biz, Göyçay rayonu, Çaxırlı kənd sakinləri olaraq, kəndimizdə örüş torpağında qanunsuz qazılaraq yaradılmış süni gölə görə çox əziyyət çəkirik.Bir nəfərin şəxsi maraqlarına görə kənd sakinləri su üzünə həsrət qalmışıq.

Çaxırlı Bələdiyyəsinin 20.12.2006-cı il tarixli, 12 saylı qərarı ilə guya kənd sakini Əsgərova Ruhiyyə Valeh qızına 15 hektar örüş torpağı icarəyə verilib. Lakin bu qərarın faktiki olaraq 2012-ci ildə bağlandığı və saxta şəkildə 2006-cı ilə aid edildiyi məlum olmuşdur. Bu isə, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2007-ci il tarixli 646 nömrəli Fərmanı və 23 noyabr 2007-ci il tarixli 2598 nömrəli Sərəncamı ilə ziddiyyət təşkil edir. Həmin sənədlərə əsasən, 2007-ci ilin dekabrından sonra bələdiyyə torpaqları yalnız hərrac və müsabiqə yolu ilə icarəyə verilə bilərdi. Əlavə olaraq; İcarə müddəti qanunsuz şəkildə 99 ilə qədər uzadılmışdır ki, bu da qanunla yolverilməzdir, Torpaq sahəsinin həcmi də müqavilədə 5 hektardan 15 hektara saxtalaşdırılaraq dəyişdirilmişdir, Torpaq aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay şöbəsi tərəfindən verilməmişdir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu fəaliyyətin qanunsuz olduğu ilə bağlı akt tərtib olunmuş və 90 gün ərzində xüsusi razılıq alınması tələb olunmuşdur. Mövcud bələdiyyə sədri Sevinc Nəsirullayeva əvvəlki sədr Orucəli Qəniyev və sədr müavini Fərhad Mehdiyevin qanunsuz əməllərinin üzərini ört-basdır etməyə çalışırlar.
Bu saxta müqavilə əsasında kənd ərazisində qanunsuz qazıntı işləri aparılmış, süni göl yaradılmış, nəticədə torpaq şoranlaşıb, örüş yeri azalıb, su ehtiyatları məhv olmuşdur.

Biz kənd sakinıəri nəinki əkinlərimizə, və mal-qaramıza heç özümüzün istifadə etməyimizə belə su tapmırıq. Maşınla su alıb istifadə etmək məcburiyyətində qalmışıq.
Üzləşdiyimiz bu problemin həll edilməsi və qanunsuz yaradılmış gölün ləğv edilməsi üçün bütün aidiyyatı orqanlara çoxlu sayda şikayətlər etmişik, qəbullarda olmuşuq. Həttda gölün qanunsuz olaraq örüş yerində yaradılması tam subut olunub və icarəçi şəx barəsində inzibati protokol tərtib edilib. Ancaq bütün bunlara baxmayaraq qanunsuz yaradılmış gölün ləğv edilməsi üçün heç bir tədbir görülmür. Bu isə bir kəndin bu qədər camaatının məhv olmasına gətirib çıxarır. Bizim əsas məşğuliyyətimiz əkinçilik, bağçılıq və heyvandarlıq olsada susuzluğa görə zülümə düşmüşük.



Başda Prezident cənab İlham Əliyev olmaqla, Mehriban xanım Əliyevadan, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevdən, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovdan, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” Publik Hüquqi Şəxsin Rəhbərindən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri cənab Zaur Mikayılovdan, Kənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədovdan və digər qurumların rəhbərlərindən çox-çox xahiş edirik;

1. 20.12.2006-cı il tarixli icarə müqaviləsinin hüquqi əsasları yoxlanılsın,
2. Qanun pozuntularına yol vermiş şəxslər Orucəli Qəniyev, Fərhad Mehdiyev və Sevinc Nəsirullayeva barəsində hüquqi tədbirlərin görülsün,
3. Qanunsuz yaradılmış süni göl ləğv edilib və torpağı bərpa olunsun,
4. Hadisənin tam və obyektiv araşdırılması üçün audit və torpaq müayinəsinin keçirilməsini təmin edilsin.

İmza: Göyçay rayonu, Çaxırlı kənd sakinləri

Tehran Məmmədov şəhid atası
Ramin Əsgərov (əlaqə: 050 829-86-93)
Mahir Sadıqov 1-ci dərəcəli gözdən əlil
Dəyanət Sadıqov
Xətai Əsgərov
Ceyhun Rəsulov
İbrahimov Sehran
Sadıqov Sahib "

P.S: Qeyd edək ki, vətəndaşların müracilə bağlı tərəfimizdən aidiyyəti üzrə rəsmi sorğu göndərilib.

dogruxeber.tv

Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

Çaxırlı Kəndində Ədalət Tələbi: Qanunsuz Torpaq İcarəsi və Ekoloji Fəlakət -  VİDEO // FOTO

Oxunub: 459

Son xəbərlər

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Bütün xəbərlər