gundem / yazarlar / Mədəniyyət
28.08.2025
Nizami TƏHMƏZOV: HİKMƏT XƏZİNƏSİNƏ GEDƏN YOL // XXVIII hissə

(Dövrümüzün istedadlı canlı klassik şairi Xalidə HİCRANIN 4 cildlik “ HİKMƏT XƏZİNƏSİ” və “ HİCRANNAMƏ “ əsərləri haqqında düşüncələrim.)
İYİRMİ SƏKKİZİNCİ HİSSƏ
Hissə: 1 > 2 > 3 > 4 > 5 > 6 > 7 > 8 > 9 > 10 > 11 > 12 > 13 > 14 > 15 > 16 > 17 > 18 > 19 > 20 > 21 > 22 > 23 > 24 > 25 > 26 > 27
Xalidə xanım sevimli həyat yoldaşı, fövqəladə fitri istedadlı rəssam Hicran Seyidova olan sonsuz məhəbbətinin ifadəsi olarq onun adını özünə təxəllüs götürmüş və bundan böyük təskinlik tapdığını və qürur duyduğunu heç vaxt gizlətməmşdir. Xalidə xanımın qəzəllərini çox diqqətlə oxuduqdan sonra mən bir həqiqəti özüm üçün yəqin qtdim ki, o, şəxsi həyatı ilə bağlı bütün nümunələrdə dərdi,qəmi, qüssəni, kədəri həyatın bütün şirinliklərindən, bütün naz- nemətlərindən üstün tutur və sanki bununla böyük mənəvi və ruhi rahatlıq tapır. Aradan uzun illər keçməsinə baxmayaraq ömür-gün yoldaşının yoxluğunu heç cür qəbul edə bilmir. Hər dəqiqə, hər an bu acını hiss edir. Hər dəfə, hər an bu acını hiss etdikcə gündə neçə dəfə ölüb-dirilir. Mən bu həqiqətləri dərk etdikcə heyrətə gəlir, bütün varlığı ilə sevən və öz sevgisinə sadiq qalan, bu zaman böyük etibarlıq, vəfadarlıq, sədaqətlik nümayiş etdirən və bunu özünün həyat tərzinə çevirən fədakar bir xanımın qarşısında baş əyərdim. İnsan necə böyük olurmuş, İlahi!..
Yanaraq eşq oduna bircə külüm təndə qalıb,
Külünün hər danəsi dünyanı sarıb, can alıb.
***
Neçə dastana düşüb eşqi – məhəbbət dəlisi,
Sevən aşiq bir olar, bir kəsə eşq mehri salıb.
***
Tarimar olsa könül eşqi cəfadan üzülər,
Sevgi varsa, sanacaq sanki cənnətdə bulub.
***
Ey könül, bil ki, bu yarın səni sevmiş o qədər,
Elə qurban deyəcək canını, gültək saralıb.

Və yaxud başqa bir qəzəldə oxuyuruq:
Gəl, surəti- Yusif, nola qoyma yana canım,
Hicranıma qurban, yenə hicranına yandım.
***
Sübhüm açıla, yar gələ kandarıma tezdən,
Zülm çəkilə, eşqlə qızarsın yenə danım.
***
Qollar sarılar boynuma, qoymaz daha getsin,
Bitsin qəmi – hicran, qayıda şöhrəti-şanım.
***
Kimdir ki, sevəndə düşünür ayrılıq anın,
Hicranı çəkəndə qaralır dövrü- zamanım.
***
Ey Xalidə Hicran, sevib heç çəkmədin həsrət,
Hicranı sevib, hicr ilə canımdan olanım.

Şairin qəzəllərini oxuyub sona çatdıqdan sonra belə br qənaətə gəlirəm ki, klassik ədəbiyyatımızın gözəl bilicisi olan Xalidə Hicran ana dilimizin bütün incəliklərini və zənginliklərini də böyük məharətlə, böyuk ustalıq və bacarıqla mənimsəmişdir. Qeyd etdiyimiz kimi gəlmə və yerli-yersiz işlədilən ərəb-fars sözıərinin yerinə canlı xalq ifadələrinin seçilib işlədilməsi dediklərimizin əyani sübutudur. Məhz buna görə də çox vaxt Xalidə xanımın qəzəllərini incələməyə, şərh etməyə ehtiyac qalmır. Aşağıdakı qəzələ diqqət yetirsək bunu daha aydın görərik:
Səni sevdikcə könül, hey olar abad ürəyim,
Sənin eşqin mənə məlhəmdir, olur azad ürəyim,
***
Elə ruhumu sarıb, qurtuluş ondan yoxdur,
Nə qəmim olsa , mənə eşq edər imdad, ürəyim.
***
Necə eşq ilə həmahəng döyünür,bax, qəlbim,
Onun hər zülmünə döz, eyləmə fəryad, ürəyim.
***
Eşqdir ruha qida, onsuz ürək çox yaşamaz,
Onsuz olmqla bəşər olmayır azad, ürəyim.
***
O kərəm sahibinə kim sora bilmiş nədi eşq?
Oda yandıqca sinəm, olmadı naşad ürəyim.
***
Yanır eşq atəşinə Xalidə Hicran , alışır,
Var ümidim ki, bu aləmdə qoyum ad, ürəyim.

Fikrimcə, burda başa düşülməyən və ya çətinlik törədən söz və ifadə yoxdur. Şeiri elə sadə dildə, hamının başa düşəcəyi bir tərzdə təqdim edir ki, hər bir oxucu asanlıqla müəllifin fikrini başa düşür, eşqin nəyə qadir olduğunu dərk edir. Başa düşür ki, eşqsiz, məhəbbətsiz həyat yoxdur.Bunun üçün bəzək- düzəkdən və yaxud yazılanı mataha mindirmək üçün müxtəlif ərəb və fars sözlərndən istifadə etməyə ehtiyac duyulmur. Bəlkə Xalidə Hicranın qələmində bu belədir? Bəlkə də Xalidə Hicranın öz doğma ana dilinə olan sonsuz sevgisinin və məhəbbətinin təzahürüdür ki, əcnəbi sözlərin qəzəldə yer almasına imkan yaratmır? Odur ki, oxucu asanlıqla dərk edir ki, dünya sevgi üzərində qurulub, sevgisiz bəşər azad ola bilməz. Sevgi ruha qida, ürəyə həyat bəxş edir
Mən Xalidə Hicranın qəzəl yaradıcılığında bir həqiqəti də öyrəndim ki, öz xalqını sevən, onun sənətinə, milli ədəbiyyatına hörmət edən və ana dilini gözəl, mükəmməl bilən şair və yazıçılara həqiqətən də əcnəbi sözlər və ifadələr lazım deyil. Dediyimiz kimi , qəzəl ərəb ədəbiyyatına xas olsa, da onu Xalidə Hicran kimi də yazmaq mümkündür.

Baxiram gözlərinə, səndin axı nuri-didəm,
Indi mən xəstəni, söylə, kimə dərmanə gedim?
***
Mənə cənnətdi bu dünya ki, sənin yarın olam,
Sənə qurban eləyəm canımı, gəl etmə sitəm.
***
Heçmi fərqində deyildin, gözünə kimdi baxan?
Gəl ki, yollarda qalan gözləri tutmuş daha qəm,
***
Baş alıb yol gedirəm, yağsa yağış, gəlsə dolu,
Çatar axır sənə ahım, sənə artdıqca qədəm.
***
Necə mən gözlərini görmədən ölləm axı, gəl,
Geri dön, Xalidə Hicrana bu cür etmə sitəm.

Göründüyü kimi burda da şairin bütün düşüncələri, hiss və həyəcanları aydın başa düşülür. Lirik qəhrəmanların öz sevgisi uğrunda çəkdiyi ağrı-acılar, əzab və iztirablar, hətta “ yollarda qalan nəm tutmuş gözlər” ə qədər hər şey aydındır. Mən deyərdim ki, Xalidə Hicran çağdaş ədəbiyyatımızın canlı klassik şairidir. Onun qəzəllərini oxuduqca insan saflaşır, durulaşır, sanki başqa bir mühitə düşür.Yaşamaq, sevib-sevilmək istəyir. Təbii ki, bu, Xalidə xanımın ecazkar qələminin təsiridir. Onun zəngin mənəvi dünyasının və klassik ədəbiyyatımıza, klassik irsimizə olan sonsuz sevgisinin nəticəsidir. Qəzəllər bölümünün sonunda Xalidə Hicranın Məhəmməd Füzuliyə yazdığı nəzirədə oxuyuruq:
“Mənə tən eyləyən qafil”, çalışdım az ola cahil,
Nəsihət, hikmətə uydum, mən oldum onlara mail.
***
Sözün kim hərzə söylərsə, mənə töhmətlər eylərsə
Əgər nöqsanım olmasa, demək, mən yox, odur zail.
***
Qəmin pünhan çəkər məzlum, düşübsə dərdə gər gizlin,
Kəm eylər həm də tənəsin, olubsa bir şeyə mail .
***
“Qəmim dərya” desəm hər gün, azalarmı gər çəksəm?
Çəkər könlüm gecə- gündüz, yaxınlaşsın uzaq sahil.
***
Sən ey Xalidə Hicran, gəl əlini üzmə bu dövrandan,
Bu dünya öylədir başdan: kimi aqil, kimi cahil.

Kitabdaki hər bir qəzəl haqqında fikir söyləmək olar, amma səmimiyyətlə deyirəm ki, nə o qəzəllərin buna ehtiyacı var, nə də ən sadə oxucuların. Çünki Xalidə xanım istedadlı və fədakar bir şair olaraq bu missiyaların hamısını öz üzərinə götürmüşdür. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, zamanında yazılmış sənət əsərləri öz dilinə, üslubuna, formasına, janrına görə gələcək nəsillər üçün müəyyən bilgilər və informasiyalar vermiş olurlar. Məhz bu baxımdan Xalidə xanımın xidmətləri olduqca böyükdür. Çünki onun dili təmiz, aydın, rəvan, axıcı, yabançı meyllərdən və əcnəbi sözlərdən tamamilə uzaq və olduqca səviyyəlidir.
Quruyan dağ çayıyam, çıxmaz olub səs- səmirim,
Kül olan çöl koluyam, soldu gulum, yox ətrim.
***
Var idi çeşmi –xumarım ki, baxırdım gözünə,
Gözüm həsrətdə qalıb, yarı dilər hey xətrim.
***
Nəfəsimdi, yaşadan yar idi dünyada məni,
Gedib aramım onunla, daha yoxdur səbrim.
***
Nuri-didəmdi mənim, mən ona bir huri mələk,
Aparıb nurunu çeşmim, necə mən tab gətirim?
***
Dərdimi, Xalidə Hicran , demədim kimsəyə mən,
Süzülür qəm qələmimdən, çiləyir qan, sətirim.

Öz təmiz eşqi və saf məhəbbəti uğrunda hər əziyyətə qatlaşan, çaylar kimi coşğunluğunu, güllər kimi ətrini itirsə də, nəfəsi ilə məfəs aldığı, gözünün nuru, didəsi ilə dünyaya baxdığı sevgilisini unutmayan vəfali, etibarlı bir Azərbaycn qadının fədakar obrazı gözlərimiz önündə canlanır. Bu, Xalidə Hicranın yaratdığı bir obrazdır. Həyat həqiqətlərini, insani dəyərləri, milli adət- ənənələri, mənəvi gözəllikləri özündə əks etdirən bir lirik obraz... Göstərdyimiz digər nümunələrdə olduğu kimi bu qəzəldə də şair sözün qüdrətindən, bədii təsir vasitələrindən ustaliqla istıfadə etmişdir.
Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb bir haşiyəyə çlxmaq istəyirəm. Mənim bir uşaqlıq dostum var - Səlim Səlimov, indi Sumqayıtda yaşayır. Uzun illər Sumqayıt boru- prakat zavodunda işləyib. Gözəl səsi var. Çəkinmədən dyərdim ki, bizim bir çox tanınmış müğənnilərimizdən gözəl oxuyur. Qohumların, dostların, tanışların toylarında, şənliklərində onların xahişi ilə bir iki ağız oxuyardı və elə indinin özündə də bu gözəl ənənəni davam etdirir.
Səlim bir dəfə bizə gələndə yazı yazdığımı görüb maraqla soruşdu,
-Qağa, nə yazırsan ?
-Heç, elə belə,- deyə başdansovdu cavab verdim.
O, diqqətlə üzümə baxıb təəccüblə dedi:
-Sən axı elə- belə şey yazmırsan. - Sonra nə fikirləşdisə əşavə etdi. – Ta deynən Səlim, sənlik deyil da...Mən də gedim öz işimin dalınca.
Xasiyyətinə bələd olduğum üçün bir söz demədim. O, da divanda oturub “ Hikmət xəzinəsi” ni səhıfələməyə başladı. Elə bir az keçmişdi ki, yerindən dik qalxıb kitabə mənə göstərdi:
-Bax, bu başqa məsələ, - dedi, - Buna deyərən, hə...
-Nədi, Səlim, nə olub? – deyə maraqla soruşdum. – Nə baş verib?
O, sevinirmiş kimi kitabı mənə göstərib:
-Heç nə olmayıb, - dedi və sonra əlavə etdi. - Qəzəli belə yazarlar ki, hamı oxuyub başa düşsün. Kimsə bu Xalidə Hicran halal olsun. Dədə-baba dilində yazıb. Durursa Allah canını sağ, qələmini iti eləsin.- Sonra o, kitabdakı bir qəzəli göstərib dedi, – İcazə versən bunu oxuyardım.
-Hə, hə, bu lap yaxşı olar, çoxdandır sənin səsini eşitmirəm.
O, ciddi bir görkəm alıb astadan oxumağa başladı: