Qaradağ rayonunda qanunsuz daş karxanaları – Başçının müavini himayə edir?

dogruxeber.tv: - İdman müəllimin qanunsuz daş karxanaları: Dövlət büdcəsindən yüz min manatlar belə gizlədilir

Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradov rayon ərazisində fəaliyyət göstərən qanunsuz daş karxanalarını himayə etdiyi bildirilir
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ölkədə qanunsuz fəaliyyət göstərən daş karxanalarının dayandırılması istiqamətində mübarizə aparır.
Ölkədə hazırda torpaq qanunvericiliyinin tələblərini pozan, eyni zamanda qanunsuz işçi çalışdıran, vergidən yayınan xeyli sayda daş karxanaları var.
AzFakt.com saytının əldə etdiyi məlumata görə belə qanunsuz daş karxanalarının bir neçəsi İdman adlı sahibkara məxsusdur.

Məlumata görə bu sahibkarın karxanalarına əsasən Müşfiq adlı şəxs nəzarət edir.

Qaradağ rayonunun ərazilərində fəaliyyət göstərən bu karxanalarda heç bir işçinin əmək müqaviləsi yoxdur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir sıra maddələrinə zidd olaraq İdman adlı sahibkarın karxanalarda çalışdırdığı işçilər qeydi-qanuni işlədilir.

Bu karxanalarda təhlükəsizlik qaydalarına da əməl edilmir.

Elektrik kabelləri normativlərə uyğun deyil. Karxanada olan naqillərə, texnikalara baxış keçirilmir.

Bu isə işçilərin həyatını təhlükəyə atır.

Qaradağ rayonunda qanunsuz daş karxanaları – Başçının müavini himayə edir?

Qaradağ rayonunda qanunsuz daş karxanaları – Başçının müavini himayə edir?

Bir tikə çörək üçün bu karxanalarda həyatlarını risqə atan fəhlə və ustalar sanki quldarlıq dövründə olduğu kimi qul həytı yaşayırlar. Bu insanların nə normal yatacaqları, nə mətbəxləri, nə də hamamları var. Üstəlik əmək müqavilələrinin də olmaması usta və fəhlələrinin gələcək həyatlarının təminatını ciddi sual altına alır.

İdman müəllimin sahibi olduğu karxanaların hamısında vergidən ciddi yayınmalar var. Hər ay on minlərlə manat vergidən yayındırılaraq mənimsənilir. Karxana rəhbərliyinin vergi orqanında olan” dayday”ları karxana gəlirlərinin vergidən yayındırılmasına yardımçı olurlar.

Daş karxanasının sahibinə dəstək verən şəxsin Qaradağ Rayon icra hakimiyyətinin başçısının müavini Nadir Muradov olduğu bildirilir.

Bu karxanaların qanunsuz fəaliyyətləri ilə bağlı araşdırmalarımız davam edir.

Sözügedən daş karxanasının Müşfiq adlı rəhbəri məlumata mövqe bildirməyərək rəsmi qurumlardan mövqe almağımızı istədi.//AzFakt.com

Oxunub: 326

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər