Altağac Milli Parkında giriş üçün pul tələb olunur

Azərbaycan Respublikasının Xızı rayonu Altıağac qəsəbə inzibati ərazi dairəsində yerləşən Qızılqazma kəndindəki piknik zonası icarəyə verilib.

"dogruxeber.tv" bildirir ki, bu barədə Milli.Az-a vətəndaş şikayəti daxil olub.

Vətəndaş bildirir ki, əvvəllər Qızılqazma kəndindəki piknik zonasına giriş haqqı hər bir şəxs üçün 2 (iki) manat təşkil edirdi, bu məbləğ meşə təsərrüfatı əməkdaşları tərəfindən rəsmi bilet verilməklə toplanırdı.

30 iyun 2025-ci ildən etibarən isə naməlum bir qrup şəxs (bir neçə kişi) zonaya girişin qarşısını alıb və giriş haqqı 4 manat olub, əvəzində isə heç bir qəbz təqdim olunmur.

Milli park tərəfindən əvvəllər qurulmuş taxta masalar və kötüklərdən istifadə üçün belə əlavə ödəniş tələb olunur, yeni xidmət göstərilmir.

Araşdırma zamanı məlum oldu ki, Altağac Milli Parkının direktoru Dərgah Rüstəmov ilə sahibkar Müşfiqə Əliyeva arasında müqavilə imzalanıb. Altağac Milli Parkı ərazisindəki Qızılqazma piknik nöqtəsində 2 söhbətgah cəmi 400 manata sentyabrın 30-na qədər Müşfiqə Əliyevaya icarəyə verilib.

Vətəndaşın iddiasına görə isə, sahibkar tərəfindən əraziyə giriş məhdudlaşdırılıb və əlavə haqq tələb olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnaməyə görə təbiətdə istirahətin və turizmin inkişafı təsdiq edilmiş layihə sənədləri əsasında Milli Parkın ərazisində yerləşən binaların və qurğuların ayn-ayrı fiziki və hüquqi şəxslərə icarəyə (və ya istifadəyə) verilməsi yolu ilə həyata keçirilə bilər. Milli Parkın hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.//Milli.Az

Oxunub: 253

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər