"Qocalar evi", yoxsa xəstəlik mənbəyi? - Kənd Əhmədlidə qəribə müəssisə

dogruxeber.tv: - Baku TV-nin qaynar xəttinə müraciət edən Xətai rayonu, "Kənd Əhmədli" adlanan ərazidə yaşayan sakinlər orada "Qocalar evi" kimi fəaliyyət göstərən müəssisədən şikayətçidirlər. Onlar həmin müəssisədə ruhi xəstələrin olduğunu iddia edirlər.

"İçəridə antisanitar vəziyyət hökm sürür. Onları qanunsuz fəaliyyət göstərdiklərinə görə daha əvvəl işlədikləri yerdən də qovublar. Təcili tibbi yardım maşınlarını bir küçə aşağıda saxlayıb xəstələri əlil arabası ilə içəri aparırlar", - narazı sakinlərdən biri söyləyib.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adı bilinməyən bu müəssisə hansısa şəxsi evdə yerləşir. Mərkəz yalnız qeyri-yaşayış təsərrüfat obyektlərində xidməti yoxlamalar keçirmək səlahiyyətindədir:

"Şəxsi evdə plandankənar yoxlama keçirilə bilməz. Fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət edilir, onlar tərəfindən müəssisə yoxlanılır və tibbi fəaliyyət aşkar edildikdə, rəsmiləşdirilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilir.

Bu zaman Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə əsasən, həmin müəssisənin sahibinin, orada çalışan əməkdaşların sənədlərini yoxlaya, tibbi xidmət göstərməyə səlahiyyətlərinin olub-olmadığını aşkar edə bilər. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun addımlar atıla bilər".

Problemlə bağlı Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, Baku TV olaraq məsələni işıqlandırdıqdan sonra polis əməkdaşları vətəndaşları narahat edən məsələni aradan qaldırıblar. Məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.(Baku TV)

Ətraflı süjetdə:

Oxunub: 294

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər