AQTA bu çipsləri satışdan yığdı… Bəs hansı çipsləri yeyə bilərik? – AÇIQLAMA

DogruXeber.tv: - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Chipsim Kabab”, “Chipsim Tomat” və “Rekord” qablaşdırılmış qidaları satışdan çıxarıb. Səbəb sözügedən məhsulların tərkibində E-621 qida əlavəsinin normadan artıq olması olub.

Bu məqamda sual yaranır. Satışı davam edən müxtəlif adlarla satılan çipslər zərərsizdirmi? Digər çipslər nə qədər təhlükəsizdir?

AQTA bu çipsləri satışdan yığdı… Bəs hansı çipsləri yeyə bilərik? – AÇIQLAMA

Sualımızı cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Tribunainfo.az-a açıqlamasında bildirib ki, AQTA-nın adı çəkilən çipsləri satışdan yığışdırması o demək deyil ki, satışı davam edən çipslərdə heç bir problem yoxdur.
İB sədrinin sözlərinə görə, bu cür qidalardan uzaq durmaq lazımdır:

“Ümumiyyətlə çipslər arzuolunmaz qida hesab olunur. Əksər hallarda xaricdən gətirilən çipslər geni dəyişdirilmiş kartoflardan hazırlanır. Bu paketli qidaların tərkibində uşaqların iştahını kəsən, aclıq hissini öldürən maddələr var.

AQTA bu çipsləri satışdan yığdı… Bəs hansı çipsləri yeyə bilərik? – AÇIQLAMA

Mən Kanadada olan zaman böyük maşında çipslər satıldığının şahidi oldum. İnsanlar o maşına yaxınlaşır, çips alırdılar. Maşının içərisinin görünən bir hissəsi var idi. Mən istehlakçı hüquqlarını qoruduğum üçün bu mənim diqqətimi çəkmişdi və o görünən hissədən çips hazırlanan maşının içinə baxdım. Maşının içində son dərəcə kirli kartoflar yuyulmadan keçmədən çipsə çevrilirdi. Təsvir edin, kirli və qaralmış kartofdan ağ və ləzzətli çipslər hazırlanır. Bunlar hamısı o çipslərə qatılan əlavə qatqılar, dadlandırıcılar, qida əlavələri hesabında başa gəlir. İnsanlar başa düşməlidir ki, onlar çips yeyərkən kartof yemirlər. Kimyəvi maddələr, zərərli qida əlavələri qəbul etmiş olurlar. Kanada kimi inkişaf etmiş, qidalarına son dərəcə diqqətlə yanaşılan ölkələrdə çipslər bu şəkildə hazırlanırsa, təsvir etmək mümkün deyil ki, bizim ölkədə bu qidalar hansı formada düzəldilir”.

E.Hüseynov bildirib ki, satışda zərərsiz, xeyirli və məsləhətli bir dənə də çips yoxdur:

“Çünki çips özü zərərli, arzuolunmaz qida sayılır. Qida Təhlükəsizliyi Agentliyi bu addımını davam etdirməlidir, bütün marka çipslərdə araşdırmaya başlamalıdır. İnsanlar da bilməlidir ki, çipslərin zərərsizi, xeyirlisi yoxdur. Bütün çipslər zərərlidir”.

Oxunub: 148

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər