gundem / sosial / ustxeber / Cəmiyyət
4.10.2025
Deputat Nəsib Məhəməliyevin gizli sərvət imperiyası – SİYAHI
YAP-ın 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədi yenə də Məhəməliyev Nəsib Məhəmməd oğludur. O, V və VI çağırış Milli Məclisin üzvü olub. Parlament fəaliyyətinə qədər isə Bakının Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutub.
"DogruXeber.tv"nin "Azərbaycan Reallığı"na istinad məlumatına görə, N.Məhəməliyev icra başçısı olduğu dövrdə tez-tez yaşıllıqların qırılmasına şərait yaratmaqda, obyekt tikintisinə qanunsuz icazələr verməkdə və büdcə vəsaitlərinin mənimsənilməsində hallanıb. Deputat kimi fəaliyyəti dövründə isə xüsusi aktivliyi ilə seçilməyib.
Balakən seçiciləri də sosial şəbəkələrdə dəfələrlə onun fəaliyyətsizliyindən narazılıqlarını ifadə ediblər. Onların sözlərinə görə, Məhəməliyev seçiciləri ilə maraqlanmayıb və yalnız şəxsi mənafelərini güdüb. Buna baxmayaraq, hakim partiya onu yenidən namizəd irəli sürüb. Balakən sakinləri isə əhalinin problemlərinə diqqət göstərəcək, seçicilərlə işləyən bir deputata ehtiyacları olduğunu vurğulayırlar.
Sosial şəbəkələrdə Məhəməliyevin həm Balakəndə, həm də Bakıda topladığı sərvət və biznes siyahısı yayılır. İddialara görə, onun Balakəndəki mülkləri bunlardır:
1. Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi
2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi
3. Poçtbinə kəndində yanacaqdoldurma məntəqəsi
4. Hənifə kəndində kərpic zavodu
5. Balakən mərkəzi bazarı
6. İcra hakimiyyətinin yanında kafe
7. Qabaqçöldə 100 hektar torpaq və qoyun sürüsü
8. Tülü kəndindəki keçmiş saray yeri
9. Rayonun mərkəzindəki anbarlar
10. Keçmiş çörək zavodu
11. Rayonun girişində dağın ətəyində villa
12. Dəyirman
13. Keçmiş univermaq ərazisi
14. İtitala kəndində qum karxanası
15. Keçmiş tara bazası
16. Bazarın qarşısında 21 mağaza
17. Qobustanda daş karxanası və qoyun sürüsü
Bundan başqa, Nəsib Məhəməliyevin Nəsimi rayon icra başçısı olduğu dövrdə Bakıda əldə etdiyi obyektlər də sadalanır:
1. “Əlibaba” dönərxanası və aptek (20 Yanvar küçəsi, Asif Məhərrəmov küçəsi kəsişməsi)
2. Asif Məhərrəmov küçəsində möhtəşəm ofis binası
3. “Unibank” binası (Asif Məhərrəmov küçəsi 22a)
4. “Modera” mebel salonu (Məmmədcəfər Cəfərov küçəsi yaxınlığı)
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evinin qarşısında böyük sahə
6. Mir Cəlal küçəsi 36-da ofis binası
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı
8. Zərifə Əliyeva göz klinikası ilə üzbəüz aptek və restoran
9. “Deka Bank” və yaxınlıqda tikilmiş bina (20 Yanvar küçəsi)
10. “Qızıl Tac” şadlıq evi qarşısındakı obyektlər və şadlıq evləri kompleksi
11. “Qızıl Tac”ın arxasındakı stadion
12. “Əcəmi” metrosu yaxınlığında “Bakcell” və “Azercell” dükanları
13. “Moskva” univermağı ilə üzbəüz çayxanalar və bina
14. Cavadxan küçəsi 26-da “İdeal” ayaqqabı mağazası və aptek
15. “Ərzurum” şadlıq evi yanında yeni bina
16. Hərbi Hospitalın qarşısında 3 villa
17. Tibb Universiteti qarşısında restoran (Səməd Vurğun küçəsi 116)
18. Mir Cəlal Paşayev küçəsində uşaq bağçası kompleksi – lakin təhvil verməyib, həyat yoldaşının adına özəlləşdirib və bağlı saxlayır
Yazıda adları çəkilən hər kəsin cavab haqqını tanıyırıq



