Sabunçuda qanunsuz tikinti xaosu – məsul qurumlar susur

"DogruXeber.tv" xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qanunsuz tikinti işləri sürətlə davam edir. Ərazidə aparılan müşahidələr göstərir ki, burada şəhərsalma prinsipləri, ekoloji balans və tikinti təhlükəsizliyi normaları kobud şəkildə pozulur. Xüsusilə də Bülbülə gölü ətrafında son aylarda aparılan tikintilər bu vəziyyəti daha da aydın şəkildə ortaya qoyur.

Rəsmi sənədlərlə uyğunlaşdırılmadan aparılan bu işlər, həm şəhərin ekoloji mühitinə, həm də ümumi infrastrukturuna ciddi zərbə vurur. Lakin bütün bu qanunsuzluqlara baxmayaraq, məsul şəxslərin biganəliyi vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, eləcə də Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin müdiri Cəbrayıl Xanlarov və digər aidiyyəti şəxslərin bu proseslərə reaksiya verməməsi cəmiyyət arasında ciddi narazılıq doğurur.

Əgər dövlət rəhbərinin ölkədə apardığı islahat, şəffaflıq və korrupsiyaya qarşı mübarizə siyasəti real nəticələr verməli olsa, onda Bakıxanov kimi ərazilərdə belə açıq şəkildə aparılan qanunsuz tikintilərin mövcudluğu mümkün olmamalı idi. Təəssüf ki, burada rəsmi icazələrdən daha çox, qeyri-rəsmi maraqlar və “vasitəçilik” mexanizmləri işlək vəziyyətdədir.

Elmi və analitik baxımdan yanaşdıqda, şəhərsalma və tikinti təhlükəsizliyi prinsipləri yalnız inşaat prosesinə deyil, həm də ictimai təhlükəsizlik və ekoloji sabitlik amillərinə xidmət etməlidir. Halbuki, Sabunçu rayonunda baş verənlər bu prinsiplərin sistemli şəkildə pozulduğunu göstərir. Bülbülə gölünün ətrafında aparılan tikintilər həm gölün təbii su balansını dəyişir, həm də gələcəkdə torpaq sürüşməsi və digər fövqəladə hallar riskini artırır.
Sözügedən ərazidə yaşayan sakinlərlə apardığımız söhbətlərdən də aydın olur ki, burada vəziyyət təkcə qanunsuz tikinti ilə məhdudlaşmır. Sakinlər bildirirlər ki, ərazidə yollar bərbad vəziyyətdədir, komunal xidmətlər zəif təmin olunur, zibillərin yığılması gecikir və ümumi natəmizlik hökm sürür. Onların sözlərinə görə, bələdiyyə və digər adıçəkilən qurumlar rüşvət alıb torpaq satışı və qanunsuz tikinti işlərindən başqa bir işlə məşğul olmurlar. Uçub-dağılmış yollara adi bir çınqıl daşını belə bələdiyyə sədri təmin etmir.

Sakinlər öz aralarında yığışıb müəyyən vəsait toplayaraq ikinci və ya üçüncü növ asfalt örtüyü çəkdirirlər. Lakin bu asfalt örtükləri keyfiyyətsiz olduğundan çox qısa zamanda yararsız vəziyyətə düşür. Bundan əlavə, sakinlər qeyd ediblər ki, internet xəttinin çəkilməsi üçün hər mənzildən 100 manat məbləğində vəsait toplanıb və yalnız bundan sonra internet təmin olunub.

Ən ciddi problemlərdən biri isə komunal xidmətlərin çəkilişində qeyri-qanuni ödənişlərin tələb olunmasıdır. Sakinlərin sözlərinə görə, tikililərin su, qaz və işıq xətlərinə qoşulması üçün onlardan yüksək məbləğdə rüşvət alınır. Kim bu məbləği ödəyirsə, onun problemi dərhal həll olunur, ödəməyənlər isə aylarla gözləməyə məhkum qalır. Bu isə əhalini həm mənəvi, həm də sosial baxımdan çıxılmaz və aciz vəziyyətə salır.

Bu mənzərə bir daha göstərir ki, Sabunçu rayonunda nə yerli icra strukturları, nə də nəzarət orqanları öz funksiyalarını yerinə yetirir. Vətəndaşların gündəlik problemləri arxa plana keçib, əsas diqqət şəxsi maraqlara yönəlib. Halbuki dövlət siyasətinin mahiyyəti vətəndaş rifahını qorumaq, ictimai xidmətləri əlçatan və ədalətli şəkildə təmin etmək olmalıdır.

Belə bir vəziyyət təkcə idarəetmədə məsuliyyətin itməsi deyil, həm də cəmiyyətlə dövlət arasında etimad körpüsünün zədələnməsi deməkdir. Əgər bu proseslərə hüquqi və inzibati qaydada dərhal reaksiya verilməzsə, Bakıxanovda yaranmış bu vəziyyət digər ərazilərə də sirayət edə bilər.

Son xəbərlər

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bütün xəbərlər