Əhmədzadə işi Elnur Abdullayevi də "vurdu" - sirli media oliqarxı uzaqlaşdırılır

DogruXeber.tv: - SOCAR-ın investisiya departamentinin sabiq rəisi, həbsdə olan biznesmen Adnan Əhmədzadənin işi onun yaxın adamının media karyerasını bitirmək üzrədir.

SIYASET.INFO - a verilən xəbərə görə, Əhmədzadənin media işlərini kurasiya etmiş Global Media Group rəhbəri Elnur Abdullayevin "qələmi qırılıb". Gələn informasiyalarda deyilir ki, Adnan Əhmədzadənin həbsindən sonra Elnur Abdullayev media kuratorluğundan məhrum edilir. Eyni zamanda, Əhmədzadəyə bağlı Baku TV -nin, eləcə də digər media resurslarının rəhbərliyində dəyişikliklər gözlənilir. Hakimiyyət mediaya nəzarət prosesini təmərküzləşdirir və çoxqütblü nəzarət siyasətinə son qoyur. Çünki son illərdə bu yanaşmanın tətbiqi özünü doğrultmayıb. Nəticədə ayrı-ayrı qrupların himayəsi altında fəaliyyət göstərmək hakimiyyətə mediaya kontrolda çətinlik yaradıb. Ona görə də ən yaxşısı bir əldən idarəetmə mexanizmidir. Bu səbəbdən, Əhmədzadə - Abdullayev tandeminin himayəsi altında olan media qrup tamamilə əl dəyişir. Bu da Elnur Abdullayev dönəminin başa çatması deməkdir. Bunun ardınca onun Əhmədzadə ilə birlikdə fəaliyyəti, həmçinin mediaya ayrılan maliyyənin mənimsənilməsi şübhələri araşdırıla bilər. Yada salaq ki, Elnur Abdullayev sabiq nazir Ziya Məmmədovun dönəmində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi və Dövlət Avtomobil Nəqliyyat Xidməti kimi gəlirli postlara rəhbərlik edib. Onun birdən-birə "media patronuna” çevrilməsi də elə bundan sonra başlayıb. Azərbaycanda bir sıra saytları "satın" alan Elnur Abdullayev Türkiyədə "Haber Global” telekanalını qurub.

Sonrakı dönəmə diqqət edək: Azərbaycanda nisbətən İP-si çox olan saytlara qarmaq atıldı. Onlarla aparılan danışıqların məzmunu beləydi ki, saytlar 51-49 faiz pay bölgüsü ilə satılır Elnur Abdullayevin özünün kurasiyasında olan şirkətə. Bu minvalla Azərbaycanda bir çox saytlar satın alınaraq Elnur Abdullayevin kurasiyasına keçib.

Yəni faktiki olaraq həmin saytların sahibi 51 faizlik payla Elnur Abdullayevdir. İndisə Əhmədzadə işi bu səhmlərin Abdullayevdən alınması prosesinə start verməklə nəticələnib.//Siyaset.info

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər