Temperatur -98 dərəcəyə düşə bilər: Yerdəki ən soyuq yer haradadır?

Yer üzündə ən soyuq nöqtə Şərqi Antarktida platosudur. Bu insan yaşamayan səhra bölgəsində 1983-cü il 23 iyulda "Vostok" stansiyasında hava temperaturu təxminən -89,2 °C-ə düşmüşdü ki, bu da bölgənin orta illik temperaturundan xeyli aşağıdır.

"DogruXeber.tv" "IFLScience" nəşrinə istinadən ki, həmin tarixdən sonra Şərqi Antarktida platosunda daha da aşağı temperatur qeydə alınıb.

Kolorado Universitetinin Boulderdə yerləşən Qar və Buz üzrə Milli Məlumat Mərkəzinin tədqiqatçıları 2004–2016-cı illər arasında bütün Şərqi Antarktida üzrə toplanmış peyk məlumatlarını araşdırıblar. Nəticələr göstərib ki, "Vostok" stansiyasının üstündə yerləşən Şərqi Antarktida platosunun bəzi ərazilərində qütb gecəsi dövründə, günəşin aylarla görünmədiyi qışın ən sərt vaxtında temperatur təxminən -98 °C-ə çatıb.

Qeyd edilir ki, inanılmaz dərəcədə aşağı temperatur dəniz səviyyəsindən 3800–4050 metr yüksəklikdə, buz örtüyünün ən hündür hissəsində qeydə alınıb. Tədqiqatçılar bildirirlər ki, "ultrasoyuq şərait” adlanan bu vəziyyət daha çox güclü antarktik qütb burulğanı zamanı yaranır. Bu burulğan qitəni əhatə edən və soyuq havanı öz daxilində saxlayan güclü külək kütləsidir və sanki görünməz divar kimi davranır.

Məqalədə qeyd olunur: "Bunlar təbiətin özünün yaratdığı təbii temperaturlardır. Lakin yüksək texnologiyalı avadanlıqlarla laboratoriya şəraitində bundan da aşağı temperatur əldə etmək mümkün olub”.

Ən aşağı temperatur rekordları:

Məlumdur ki, mütləq sıfır - 0 Kelvin və ya -273,15 °C - temperaturun fiziki olaraq enə biləcəyi son həddir. Termodinamikanın üçüncü qanununa görə bu nöqtəyə çatmaq mümkünsüzdür, lakin alimlər ona maksimal dərəcədə yaxınlaşmağa çalışırlar.

2021-ci ildə almaniyalı tədqiqatçılar əldə edilmiş ən aşağı temperatur rekordunu yeniləyərək qazı cəmi 38 pikokelvinə qədər soyutmuşdular - bu, mütləq sıfırdan yalnız bir neçə addım yuxarıdır.

Onlar bunu kvant maddəsini nəhəng bir qüllədən buraxmaqla həyata keçiriblər. Təxminən 100 min rubidium atomu 110 metrlik qüllənin üstündə yerləşən maqnit tələsinə yüklənib. Tələ atomları yüksək dəqiqliklə sıxaraq onları Boze-Eynşteyn kondensatına - minlərlə atomun tək bir dalğa-hissəcik kimi davrandığı qeyri-adi kvant vəziyyətinə - çevirmişdi. Daha sonra atomlar sərbəst buraxılıb və tələ söndürüldükdən sonra maddə buludu qüllədən düşərkən daha da soyuyub. Alətlər bu iki saniyəlik düşmə boyunca bu ultrasoğuq kvant buludunun hərəkətini izləyib.

İnsan təsəvvüründə bu "soyuq” kimi hiss olunmaya bilər, lakin onlarla pikokelvin temperaturunda atomlar demək olar hərəkət etmir və maddənin adi qanunları kvant fizikasına tabe olur.

Son xəbərlər

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Bütün xəbərlər