Məmməd Məmmədovun icra başçısı olduğu Tovuzda 3.6 milyonluq "əməliyyat" - Görün hara köçürülüb?  - ARAŞDIRMA

DogruXeber.tv: - 32gun.az-ın apardığı araşdırma Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) 2025-ci ildə bağladığı satınalmaların strukturunda maraqlı mənzərəni üzə çıxarıb. Məmməd Məmmədovun rəhbərlik etdiyi qurumun keçirdiyi tenderlərin böyük hissəsinin azsaylı şirkətlər arasında bölünməsi diqqəti çəkir. Üstəlik, eyni profilli işlərin bir neçə dəfə ard-arda eyni şirkətə verilməsi proseslərin şəffaflığı ilə bağlı suallar yaradır.

İlk tender – tədbirlərin təşkili üçün yüz minlərlə manat

RİH-in il üzrə ilk iri müqaviləsi:

“RR TRAVEL COMPANY” MMC
Tədbirlərin təşkili
141.570,5 AZN

Tədbir təşkilinin bu qədər yüksək məbləğlə satın alınması, xüsusilə də büdcədənkənar vəsait hesabına olması iddiaları daha da gücləndirir.

Xırda tenderlər – eyni şirkətlər, oxşar xidmətlər

Dəftərxana ləvazimatı, cari təmir və layihə-smeta sənədləri üzrə bağlanan müqavilələrdə isə diqqətə çarpacaq dövriyyə var:

“FOR OFFICE” MMC – Dəftərxana və təsərrüfat malları
14.830,3 AZN

“RƏZ” MMC – Avtomobillərin cari təmiri
6.300,4 AZN

“HOUSE PROJECT” MMC – Abadlıq və mənzil fondu üzrə layihə-smeta sənədləri
4.720 AZN, 5.192 AZN, 8.590,4 AZN

“HUSEYNLI PARTNERS ARCHITECTURE AND CONSTRUCTION” MMC – Yol təmiri üzrə sənədləşmə
Təkrar-təkrar bağlanan müqavilələr:
5.498,8 AZN, 4.958,36 AZN, 4.958,36 AZN

Bu şirkətlərin hər biri il ərzində bir neçə fərqli tenderdə qarşımıza çıxır. Bu isə Tovuz RİH-in xidmət və layihə-smeta işlərini nə üçün məhz bu dar çevrədə paylaşdığı ilə bağlı aydınlıq ehtiyacını artırır.

İri məbləğlər – yol və abadlıq pulları kimə gedir?

Ən böyük rəqəmlər yenə eyni istiqamətdədir: yol tikintisi və abadlıq.

“VNM İnşaat” MMC – Abadlıq
73.441,67 AZN

“Kontur Arxitektura Layihə-Sənaye” QSC
– Büdcədənkənar vəsaitlə yol təmiri – 598.665,34 AZN
– Yerli vəsaitlə yol təmiri – 667.468,14 AZN

Bir şirkətə yol təmiri adı ilə verilən vəsaitin ümumi məbləği 1,2 milyon manatı keçir.

“AZƏRTRANSS” MMC – Mənzil fondunun əsaslı təmiri
134.489,93 AZN

“TALEH-RT” BM – Abadlıq işləri
579.452,33 AZN

Beləliklə, Tovuzda abadlıq və yol təmiri üzrə ən iri xərclərin böyük hissəsi cəmi üç şirkət ətrafında cəmlənib.

Yanacaq, avadanlıq və digər xərclər

AZPETROL – Yanacaq alınması
6.000 AZN

“SM Construction Company” MMC – Maşın və avadanlıqlar
5.721,43 AZN

Bu kateqoriyadakı məbləğlər nisbətən kiçik olsa da, ümumi mənzərədə yenə də eyni sual doğurur: Tovuz RİH niyə bu qədər qısa siyahı ilə işləyir?

Ümumi məbləğ

32gun.az-ın hesablama nəticələrinə görə, araşdırmada yer alan bütün satınalmaların ümumi dəyəri 3.6 milyon manatdır.

Bu məbləğin böyük hissəsinin eyni tip işlərə və eyni şirkətlərə yönləndirilməsi Tovuz Rayon İcra Hakimiyyətinin tender siyasətinin nə qədər rəqabətli və şəffaf olduğu ilə bağlı suallar yaradır.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər