Binəqədi rayonu, neftin ərazisi: Qanunsuz tikililər kimlərin himayəsi ilə ucalır? -  FOTOLAR

DogruXeber.tv: - Neft sənayesi üçün strateji əhəmiyyət daşıyan ərazilərdə qanunsuz tikililərin baş alıb getməsi artıq adi mənzərəyə çevrilib. Neft quyularına, texniki zonalara və təhlükəsizlik zolaqlarına yaxın sahələrdə sürətlə ucaldılan tikililər təkcə şəhərsalma qaydalarının deyil, eyni zamanda təhlükəsizlik və ekoloji normaların açıq-aşkar tapdalanmasıdır.
Mütəxəssislər bildirirlər ki, neftin çıxarıldığı və emal olunduğu ərazilərdə istənilən tikinti ciddi risk daşıyır. Torpaq qatının çökməsi, qaz sızmaları, yanğın və partlayış ehtimalı bu zonalarda yaşayışı faktiki olaraq təhlükəli edir.Mediatv.az-a daxil olan məlumata görə belə qanunsuz tikililərdən biri də,bəzi “işgüzar” şəxslər tərəfindən bu riskləri vecinə almadan Binəqədi rayon Xocəsən qəsəbəsi E.Əzimov küçəsi 205c ünvanında aparılır.
Sual açıq qalır: bu tikililərə kim icazə verir? Daha doğrusu, kim göz yumur? Çünki belə ərazilərdə bir dənə də olsun daşın icazəsiz qoyulması mümkün deyil. Deməli, problem təkcə qanunsuz tikinti aparanlarda yox, bu prosesə nəzarət etməli olan qurumların səssizliyindədir. İcra strukturları, yerli bələdiyyələr və aidiyyəti nəzarət orqanları ya vəziyyətdən xəbərsizdirlər, ya da bilərəkdən susurlar.
Bir gün gəlir, tikili “qanunsuz” elan olunur, kommunal xətlər kəsilir, söküntü təhlükəsi yaranır. Qazanan isə yalnız bu xaosdan pul götürənlər olur.
Binəqədi rayonunda neft ərazilərindəki qanunsuz tikililər tək-tük hal deyil, sistemli problemdir. Bu problem ya ciddi araşdırma və hüquqi addımlarla həll olunacaq, ya da sabah daha böyük fəlakətlərin xəbərçisi olacaq. Cəmiyyət isə haqlı olaraq soruşur: təhlükəsizlik və qanun nə vaxta qədər maraqların kölgəsində qalacaq?
Xatırladaq ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..//Mediatv.az

Binəqədi rayonu, neftin ərazisi: Qanunsuz tikililər kimlərin himayəsi ilə ucalır? -  FOTOLAR

Binəqədi rayonu, neftin ərazisi: Qanunsuz tikililər kimlərin himayəsi ilə ucalır? -  FOTOLAR

Binəqədi rayonu, neftin ərazisi: Qanunsuz tikililər kimlərin himayəsi ilə ucalır? -  FOTOLAR

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər