Mahir Əliyev “QLOBUS­-23” MMC-ni Samuxda hansı üsullarla qalib seçib – Antiinhisar hara baxır?

DogruXeber.tv: - Samux rayonu Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 2025-ci ildə keçirilmiş dövlət satınalmaları ətrafında araşdırmamız davam edir. Araşdırmalarla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevə ötən həftə ünvanladığımız sorğu məktublarına hələ cavab verilməyib. Buna baxmayaraq ötən həftə yaydığımız məqalədə qeyd etdiyimiz kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin satınalmalar yolu ilə müqavilə bağladığı bəzi şirkətlərlə əvvəlcədən danışıqlar aparıldığına olan şübhələr hələ qalmaqdadır.

Satınalmaların portalında 10.10.2025-ci ildə dərc edilmiş məlumata görə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə 16.08.2025-ci ildə başladığı kotirovka sorğusu proseduruna 06.10.2025-ci ildə yekun vurulub. Müsabiqənin qalibi “QLOBUS-23” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 77.854 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, əslində isə Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə kotirovka sorğusu proseduruna hələ 2025-ci ilin mart ayında başlayıb.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 03.04.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 11 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 107059 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk dördlükdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 64280.62 AZN
2. “PANGEYA” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1404466301): 79789.24 AZN
3. “AMPER” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 1803674831): 59009.44 AZN
4. “XӘZӘR İNŞAAT KO ” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1501130591): 61702.20 AZN

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissayısı “GRAVİTY LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçmiş, daha sərfəli qiymətlər təklif etmiş təchizatçılaran təkliflərini qiymətləndirməmişdir.

Burada məqsəd nə olmuşdur. Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbərliyinə yaxın şirkətin qalib seçilməsi. Amma Nəzarət orqanının 14 may AIBNDA/SQ-2991/2025 ci il qərarına əsasən satınalma ləğv olunmuşdur.

Nəzarət orqanı Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işıqlandırma işlərinin görülməsi üçün mal-materialların satın alınması üzrə keçirdiyi kotirovka sorğusunu 12.08.2025-ci ildə də ləğv edib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 01.09.2025-ci ildə “İşıqlandırma işlәrinin görülmәsi üçün mal­materialların satın alınması” satın alınması mәqsәdilә Kotirovka sorğusu metodu ilә keçirilmiş satınalmada tәkliflәrin açılması üzrә tərtib olunmuş iclas protokolunda 9 tәchizatçının iştirakı ilə tәkliflәrә baxılmışdır.

Qeyd edək ki, 117190 nömrәli satınalmanın ehtimal qiyməti 97.220,20 manat müəyyən edilmişdir. Onlardan ilk beşlikdə yer alan ən sərfəli qiymət təklif etmiş təchizatıçlar aşağıdakı kimidir.

1. “QLOBUS­23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 6901329331): 77854.00 AZN
2. “ASİYA LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1400458441): 89819.00 AZN
3. “GRAVİTY LTD” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 2005482561): 54285.55 AZN
4. “Stark Group” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti (VOEN: 0701532381): 49326.36 AZN
5. “AKTİF ELEKTRİK” MӘHDUD MӘSULİYYӘTLİ CӘMİYYӘTİ (VOEN: 1503631791): 59772.31 AZN

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası ən sərfəli qiymətlər təklif etmiş təchizatçılara deyil, “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtini qalib seçmişdir.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “QLOBUS­-23” (VOEN: 6901329331) Mәhdud Mәsuliyyәtli Cәmiyyәtininn 05.10.2023-cü il tarixdə 12 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının , SAMUX RAYONU, İNSTİTUT qəs, qanuni təmsilçisi kimi isə Fətəliyev Ülfət İbrahim oğlu qeyd olunub.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunun görə (Maddə 10.4.) Uyğunluq göstəricilərinə cavab verməyən və (və ya) təklifləri uyğun olmayan təchizatçının belə tələblərə uyğunlaşdırılması məqsədilə uyğunluğa dair sənədlər toplusunda və ya şərtlər toplusunda hər hansı dəyişiklik edilməsinə, habelə bununla bağlı hər hansı sorğuya, təklifə və icazəyə yol verilmir.

Göründüyü kimi Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Satınalma Komissiyası elektrik mallarının və işıqlandırma işlәrinin görülmәsi üzrə ixtisaslaşmış, təcrübəli, peşəkar təchizatçıların təklif etdiyi qiymətləri seçməyərək, satınalmalarda təcrübəsi, ixtisas uyğunluğu bəlli olmayan “QLOBUS­-23” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinə üstünlük vermişdir. Bu da satınalmanın təşkili zamanı təklifləri uyğun olmayan təchizatçının sənədlərinin tələblərə uyğunlaşdırılmasını deməyə əsalar verir.

Qeyd edək ki, Samux rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevdir. O, uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini vəzifəsində çalışıb. Prezident İlham Əliyevin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Samux Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mahir Əliyevdi. Mahir Əliyev hələ 2006–2012-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi hökmə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilmiş Vilyam Hacıyevin kadrı olub. Mahir Əliyev daha sonra 2012-2023-ci illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı olmuş Alı Qocayevlə işləyib. Nə sirdirsə Firdovsi Əliyev də onunla işləməyə üstünlük verib və vəsifəsində saxlayıb.//Aktualinfo.net

Oxunub: 203

Son xəbərlər

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Bütün xəbərlər