İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar

DogruXeber.tv: - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad edilməsinin səbəb və təfərrüatları məlum olub.

“Yeni Sabah”ın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır.
Bunlardan ən ciddisi rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. S.Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub.

Ötən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, S.Mikayoluvun ən yaxın adamları sayılan icra başçısının müavini Nadir Muradov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

N.Muradov uzun illər S.Mikaylovla bir yerdə işləyib. O, Qaradağdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyəti Aparatında Ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra sabiq icra başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini olub.

Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra N.Muradovu da Bakıya gətirib. Onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, daha sonra isə icra başçısının müavini təyin edib. Nadir Muradov 10 ildən çox S.Mikayılovun müavini vəzifəsini tutub.

İcra başçısı bütün tapşırıqlarını ən etibarlı adamı olan N.Muradova verib. Rayonda rüşvətin yığılmasına o, rəhbərlik edib.

Qaradağın həbs olunan vəzifəli şəxsləri istintaqa ilkin ifadələri zamanı bütün addımları S.Mikaylovun tapşırığı ilə atdıqlarını bildiriblər.

Amma bu heç də hakimiyyət dairələrində təəccüblə qarşılanmayıb. Çünki hamı bilir ki, rayonun idarə edilməsinə birbaşa icra başçısı cavabdehdir. S.Mikayılov kimi əzazil, özündən razı, təkəbürlü bir icra başçısının aparatında isə onun razılığı olmadan hər hansı addım atmaq praktik olaraq mümkün deyilmiş.

Qaradağın icra başçısının vəzifəsini itirməsinə səbəb olan ikinci fakt rayonun Ələt qəsəbəsində qanunsuz məscid tikintisidir. Sələfi dini təriqətinə mənsub bir qrup şəxsin bir müddət əvvəl adıçəkilən yaşayış məntəqəsində məscid tikintisi apardıqları məlum olub. Faktın üstü isə ibadət ocağı faktiki olaraq tam hazır olandan sonra açılıb.

Bundan sonra müvafiq qurumlar araşdırmalara başlayıblar. Məscidin qanunsuz tikildiyi, bunun üçün heç bir razılıq alınmadığı üzə çıxıb.
Məscidin tikintisi dayandırılıb, fakt aktlaşdırılıb və müvafiq qurumlara göndərilib.

Bu hadisənin üstü açılandan sonra Süleyman Mikayılovun fəaliyyəti, Qaradağdakı vəziyyət, xüsusi ilə də qeyri-ənənəvi dini cərəyanlarla bağlı geniş araşdırmalar aparılıb.

Məlum olub ki, icra başçısı rayon ərazisində ağına-bozuna baxmadan bütün tikintilərə icazə verib. Bunun nəticəsində Lökbatan, Ələt qəsəbələrində, o cümlədən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ətrafında saysız-hesabsız evlər tikilib.

Araşdırmaları dərinləşdirən müvafiq qurumlar onu da aydınlaşdırıblar ki, həmin evlərin əksəriyyəti sələfi dini təriqətinin nümayəndələrinə məxsusdur. Başqa sözlə, həmin ərazilərdə sələfilərin kompakt məskunlaşması baş verib. Bunun da iki səbəbi olub: Süleyman Mikayılov rüşvət müqabilində həmin ərazilərdə tikintiyə icazə verib və torpağın ucuz olması.

Üçüncüsü, Bakının ərazisinə görə ən böyük rayonu olan Qaradağda son illərdə abadlıq-quruculuq işləri aparılmayıb, sosial obyektlər tikilməyib, subasma halları geniş yayılıb, antisanitar vəziyyət yaranıb.

Bütün bunlarla bağlı M.Süleymanovdan izahat tələb olunub. O, Ələtdə qanunsuz məscid tikilməsindən, evlərin tikintisinə icazə verilməsindən xəbərsiz olduğunu iddia edib. Amma onun arqumentləri inandırıcı olmayıb və qəbul edilməyib. Elə məscidi tikənlər də S.Mikayılovun dediklərini təkzib ediblər və məsələni onunla razılaşdırdıqlarını söyləyiblər.

Yuxarıda sadaladığımız faktlar ölkə rəhbərliyinin sərt reaksiyasına səbəb olub və S.Mikayılovun cəzalandırılmasına qərar verilib.

Qaradağın keçmiş başçısının istintaqa cəlb olunacağı gözlənilir.

Bir məsələni qeyd edək ki, S.Mikayılovun səhhətində ciddi problemlər var. O, uzun illərdir ağır şəkər xəstəliyindən əziyyət çəkir. S.Mikayılovun ayaqları tez-tez şişir. Hətta buna görə kabinetində başmaqla otururmuş.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü S.Mikayılov 22 ilə yaxın icra başçısı olub. O, Qaradağdan əvvəl Yardımlı və Lənkəranda işləyib. 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. 8 ay sonra yeri Lənkərana dəyişdirilib. 2010-cu ildən isə Qaradağın icra başçısı idi.//Yeni Sabah


Oxunub: 196

Son xəbərlər

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO

1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...

İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar

Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...

Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...

157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR

DYP sürücülərə müraciət etdi

Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib? - Video

Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur

Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbərdarlıq edilmədən sökülən reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir?

ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə

Hacıqabulda palçıq vulkanı püskürdü

Türkiyədən güclü qar fırtınası Azərbaycana gəlir

Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi

Ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək

Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR

Rəsulzadənin anadan olmasından 142 il ötür

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi

Xətaidə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ - Gömrük generaliteti

“Azərbaycanfilm” ləğv ediləcək?

Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq

Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq

Bütün xəbərlər