gundem / hadise / bolge / Cəmiyyət
31.01.2026, 11:00
Hacıqabulda palçıq vulkanı püskürdü
Bu gün yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanı püskürüb.
"DogruXeber.tv" xəbər verir ki, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.
Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.


