Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Vest Hospital”da yoxlama aparıb.

"DogruXeber.tv"nin Qaynarinfo-ya istinad məlumatına görə, “Vest Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.

Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.

“Vest Hospital” MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Ramin Göyüşovun nümayəndəsi məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş edib. O, məhkəmədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın qanunsuz təyin edildiyini, pozuntu halları olduğu üçün bu yoxlama nəticəsində əldə edilmiş bütün sübutların (protokol və aktın) qanunsuz və əsassız hesab olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Səhiyyə Nazirliyinin nümayəndələri isə bildiriblər ki, 2023-cü ildən “Vest Hospital” MMC-də tibb işləri üzrə direktor müavini işləyən ümumi cərrah Rəşid Əliyev və digərləri sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olublar. Qeyd edilib ki, həkim ümumi cərrah kimi fəaliyyət göstərməsinə baxmayaraq, əvvəldən etibar qazandığı pasiyentlərinə plastik cərrah kimi də xidmət göstərib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Məhkəmənin qərarı ilə “Vest Hospital” MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Qeyd edək ki, bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən “Ramin-Nur” şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim edilərək istehlakçıların aldadıldığını aşkarlayıb. “Ramin-Nur” şadlıq sarayının “Körpü Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus olduğu müəyyənləşib. Həmin şadlıq sarayına da X. Göyüşovun oğlu, “Vest Hospital” MMC-nin direktoru Ramin Göyüşovun şərəfinə “Ramin-Nur” adı verilib.


Oxunub: 227

Son xəbərlər

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO

1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...

İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar

Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...

Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...

157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR

DYP sürücülərə müraciət etdi

Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib? - Video

Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur

Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbərdarlıq edilmədən sökülən reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir?

ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə

Hacıqabulda palçıq vulkanı püskürdü

Türkiyədən güclü qar fırtınası Azərbaycana gəlir

Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi

Ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək

Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR

Rəsulzadənin anadan olmasından 142 il ötür

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi

Xətaidə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ - Gömrük generaliteti

“Azərbaycanfilm” ləğv ediləcək?

Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq

Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq

Bütün xəbərlər