Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

"DogruXeber.tv" xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il "Cümhuriyyət İli" elan edilib.

Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.


Oxunub: 116

Son xəbərlər

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama – “Vest Hospital” cərimələndi

Saleh Məmmədov işçilərin maaşını vermir: İşlər dayandırılıb, texnika işləmir... - VİDEO

1,2 milyonluq villa, 19 500 manat maaş iddiası: AYNA sədri niyə susur? - HƏQİQƏTƏN DƏ...

İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ - Rüşvət, qanunsuz məscid, şişən ayaqlar

Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş - DETALLAR...

Azərbaycana düşmən kəsilən İlqar Hacıyevin villasına o müştəri çıxdı: TƏSADÜFDÜRMÜ?.. - HƏQİQƏTƏN DƏ...

157 minə ev tikən şirkət indi də 3.5 milyona qaz xətti çəkir- ARAŞDIRMA

Azərbaycanda orqan transplantasiyası sisteminin elektronlaşdırılması üzərində işlər aparılır

İşdən çıxarılan icra başçısını kim əvəz edir?

Yaşıllaşdırma Təsərrüfatı Birliyində “yaşıl biznes” qurulub - İLGİNC FAKTLAR

DYP sürücülərə müraciət etdi

Nizami rayonunda dayanacaq dönərxanaya çevrilib? - Video

Nizami rayonunda park yoxa çıxır – Avtomobil dayanacağına çevrildiyi iddia olunur

Azərbaycanda bu şəhər və rayonların icra başçısı yoxdur

Xəbərdarlıq edilmədən sökülən reklam lövhələri: ADRA-nın Yasamaldakı əməliyyatı hansı hüquqi əsaslara söykənir?

ABŞ tarixində ilk dəfə əhali azalması riski ilə üz-üzə

Hacıqabulda palçıq vulkanı püskürdü

Türkiyədən güclü qar fırtınası Azərbaycana gəlir

Süleyman Mikayılovun vəzifədən azad edilmə səbəbi bilindi

Ekstremal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Tramp digər ölkələri Venesueladan neft almağa dəvət edəcək

Leyla Əliyeva Cenevrədə müzakirələrdə iştirak etdi - FOTOLAR

Rəsulzadənin anadan olmasından 142 il ötür

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və işçiləri həbs edildi

Xətaidə Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib

QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - dövlət büdcəsi özəl maraqlar üçün xərclənir +FOTOFAKT

Kabinetdə ağır döyüş yolu keçən Fuad Məmmədovun İLDIRIMSÜRƏTLİ YÜKSƏLİŞİ - Gömrük generaliteti

“Azərbaycanfilm” ləğv ediləcək?

Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq

Tarix və memarlıq abidələri haqqında məlumatlar rəqəmsallaşdırılacaq

Bütün xəbərlər