Arif Əsgərovun oğlunun adı dələduzluqda hallanır: 3,6 milyon dollar qalmaqalı –ŞİKAYƏT

Bakı şəhər sakini Məmmədov Emil Kərim oğlu Nəqliyyat Nazirinin sabiq müavini Arif Əsgərov və oğlu Elnar Əsgərov tərəfindən dələduzluqa məruz qaldığını iddia edib.

"DogruXeber.tv" xəbər verir ki, o, rəsmi qurumlara etdiyi müraciətini sosial şəbəkələrdə paylaşıb.

Emil Məmmədov yazıb ki, bu hadisə nəticəsində ona külli miqdarda ziyan dəyib. “2011-2013-cü illərdə tanışım Əsgərov Elnar Arif oğlu tenderdə iştirakımı təmin etmək adı ilə aldadaraq məndən hissə-hissə cəmi 3 milyon 638 min dollar məbləğində pul vəsaiti alıb. İki il ərzində 700.000 ABŞ dolları xeyr qismində toplanmışdır. O toplanmış məbləği mən tələb etdikdə, çox saylı səylərim nəticəsində 500.000 ABŞ dolları 04.10.2013-cü ildə və 200.000 ABŞ dolları 14.11.2013 tarixində məbləğdən qaytararaq və bu qaytarılmış pulları ana məbləğdən çıxılması və yerdə qalan 2.938.000 ABŞ dolları pulumu qaytaracağını bildirmişdi”.

Şikayətçi qeyd edib ki, o, Elnar Arif oğlu Əsgərovun saxta şirkətlər yaradaraq, maliyyə maxinasiyaları, o cümlədən – yalançı sahibkarlıq və çirkli pulların yuyulması cinayətlərini törətdiyini gördükdə bu barədə Elnara irad bildirib. “Və pullarımı geri istədim. Elnar isə buna cavab olaraq, atam Arif Əsgərov artıq Nəqliyyat Naziri Ziya Məmmədova nazir müavini vəzifəsinə təyin edilib, yəni gücümüzə güc qatılıb, get ürəyin kimə və hara istəyirsən şikayət et deyərək qalıq pulları verməkdən imtina etdi”.

O vurğulayıb ki, həmin vaxt müvafiq qurumlara müraciət etsə də, hər hansı tədbir görülməyib. “Qeyd olunan qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov rayon Məhkəməsinə şikayət verilmiş, Nərimanov rayon Məhkəməsinin 6(005)-217/2023 24.10.2023-cü il tarixli qərarı ilə şikayət təmin olunaraq, Nərimanov rayon Pİ İstintaq Şöbəsinin baş müstəntiqi Məmmədov Elnur Telmanoğlu tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 01 iyul 2023-cü il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmiş, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi qərara alınmışdır”.

Emil Məmmədov qeyd edib ki, qərar 24 oktyabr 2023-cü ildə qəbul edilsə də, keçən 2 il ərzində nə araşdırma aparılıb, nə də qərarın icrasına nəzarət həyata keçirilib. “Nəhayətdə, Baş Prokurora ünvanlanan yuxarıda qeyd olunan müraciətdən sonra, 2025-ci ilin sonlarında məlum olmuşdur ki, Bakı şəhəri, Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru Quluzadə Süleyman Arif oğlu tərəfindən növbəti dəfə qanunsuz olaraq cinaytə işinin başalanmasnın rədd edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərar qəbul edilmişdir”.

Şikayətçi bildirib ki, Arif Əsgərovun oğlu ayrı-ayrı şəxslərə, o cümlədən də mənə məxsus 5 milyon manat olmaqla pul vəsaitini mənimsəyib. O yekunda məsələnin ədalətli araşdırılmasını və Arif Əsgərovun oğlunun cəzalandırılmasını tələb edib.

Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.//Tribuna.az

Oxunub: 182

Son xəbərlər

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

Bütün xəbərlər