Lerikdə DSK sədrinə qarşı ağır ittihamlar – VİDEO+SƏS YAZISI

DogruXeber.tv: - 80 saylı Lerik–Astara Dairə Seçki Komissiyasında (DSK) uzun illər vəzifə tutmuş əməkdaş tərəfindən komissiya sədrinə qarşı ciddi və diqqətçəkən iddialar irəli sürülüb. Məsələ ilə bağlı ölkə başçısına müraciət edildiyi və şikayətin ictimailəşdirilməsinin xahiş olunduğu bildirilir.

Newsbaku.az-a daxil olan müraciətdə Məmmədov Mahir Müqabil oğlu qeyd edir ki, o, 2009-cu ildən etibarən 80 saylı Lerik–Astara DSK-da katibliyin baş məsləhətçisi vəzifəsində çalışır. Onun sözlərinə görə, 2024-cü ilin iyun ayından etibarən komissiyaya Fazilov Firdovsi Şaiq oğlu sədr təyin olunub.
Dövlət vəsaiti ilə bağlı iddialar

Şikayətçi iddia edir ki, son parlament və bələdiyyə seçkiləri zamanı dairə və məntəqələrin fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış yanacaq və dəftərxana xərclərinə yönəldilən vəsaitlərin təyinatı üzrə istifadə olunmadığına dair əsaslı şübhələr mövcuddur. Onun sözlərinə görə, ayrılmış maliyyə vəsaitlərinin bir hissəsi mənimsənilib.

Müraciətdə həmçinin sədrin hərbi xidmət keçmədən vəzifəyə gətirildiyi də iddia olunur. Şikayətçi hesab edir ki, bu və digər məqamlar araşdırılmalı və hüquqi qiymət verilməlidir.

"Sübutlarım var” – səs yazıları və videogörüntülər.

Məmmədov Mahir Müqabil oğlu bildirir ki, səsləndirdiyi iddialarla bağlı onda səs yazıları və videogörüntülər mövcuddur. O, həmin materialları zərurət yaranacağı halda istintaq və digər səlahiyyətli qurumlara təqdim etməyə hazır olduğunu bəyan edir.

Müraciətdə daha bir diqqətçəkən məqam isə rayon rəhbərliyi ilə bağlıdır. Şikayətçi iddia edir ki, məsələ ilə əlaqədar sədrin müdafiə olunduğu və bu səbəbdən hadisələrə obyektiv hüquqi qiymət verilmədiyi düşünülür.
Prezidentə və MSK-ya çağırış

Şikayətçi, Prezidentin vətəndaşlara qanunazidd hallarla bağlı məlumat vermək çağırışına istinad edərək müraciətinin ictimaiyyətə çatdırılmasını xahiş edir. O, eyni zamanda məsələnin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən nəzarətə götürülməsini və araşdırılmasını istəyir.
Hazırda səsləndirilən iddialarla bağlı qarşı tərəfin rəsmi mövqeyi məlum deyil.(Newsbaku.az)

Redaksiyamız məsələ ilə bağlı Fazilov Firdovsi Şaiq oğlu və digər aidiyyəti şəxslərin mövqeyini dərc etməyə hazırdır.

Video Telegram kanalımızda!

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər