Qazaxda ekoloji soyqırım: Rəcəb Babaşovun qərarı, yoxsa Elşən Şirinovun səhlənkarlığı?

DogruXeber.tv: - Qazax rayonunun mərkəzi küçələrində ağacların kütləvi şəkildə kəsilməsi ilə bağlı narazılıq dalğası yenidən gündəmə gəlib. Sosial mediada yayılan videogörüntülərdə şəhərin əsas prospektlərində analoji halların artıq bir neçə dəfə təkrarlandığı və yaşıllıqların müxtəlif bəhanələrlə məhv edildiyi aydın görünür. Sakinlər bildirirlər ki, onilliklər ərzində formalaşmış yaşıllıq zolaqları qısa müddətdə yerlə-yeksan edilir və şəhərin ekoloji mənzərəsi sürətlə pisləşir.

Bu miqyasda həyata keçirilən kəsimlərin rayon rəhbərliyinin məlumatı olmadan baş verməsi real görünmür. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayon ərazisində aparılan bütün iri həcmli abadlıq və infrastruktur işlərinə birbaşa nəzarət edən əsas məsul şəxsdir. Eyni zamanda, region üzrə ekoloji məsələlərə birbaşa cavabdeh qurum Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarını əhatə edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsidir. İdarənin rəis əvəzi Elşən Şirinovun razılığı və rəsmi rəyi olmadan belə bir genişmiqyaslı ağac kəsiminin aparılması inandırıcı deyil.

Dünyanın iqlim dəyişikliyi ilə mübarizədə yaşıllaşmanı əsas prioritet elan etdiyi bir dövrdə, Azərbaycanın da üzərinə götürdüyü ciddi beynəlxalq öhdəliklər var. Xüsusilə COP sammitləri çərçivəsində ölkənin yaşıllıq sahələrinin artırılması, karbon emissiyasının azaldılması və ətraf mühitin qorunması istiqamətində addımlar atıldığı bir vaxtda, rayon mərkəzində ağacların kütləvi məhvi ciddi suallar və təzadlar doğurur.

Ulu öndər Heydər Əliyev vaxtilə “Ağaclar mənim qollarımdır” deyərək yaşıllığın dövlət siyasətindəki ali yerini vurğulamışdı. Bu strateji kurs illərlə davam etdirilib, ölkənin hər bir bölgəsində nəhəng ağacəkmə kampaniyaları reallaşdırılıb. Belə olan halda, Qazax kimi strateji və həssas sərhəd rayonunda mərkəzi küçələrin ağacsızlaşdırılması hansı siyasi və ekoloji məntiqə xidmət edir?

Əgər kəsilən ağaclar həqiqətən qəzalı, xəstə və ya ətraf üçün təhlükəli idisə, bununla bağlı rəsmi ekspertiza rəyi, ictimaiyyətə şəffaf açıqlama və mütləq şəkildə əvəzləyici yaşıllaşdırma planı təqdim olunmalı idi. Əks təqdirdə, “abadlıq” adı altında reallaşdırılan bu proses yalnız ekoloji zərbə və idarəetmə məsuliyyətsizliyi kimi qiymətləndirilə bilər.

Cəmiyyət indi bu suallara açıq və dürüst cavab gözləyir: Qazaxın mərkəzi küçələrində ağacların qırılması konkret olaraq hansı qərarla icra olunub? Bu prosesin əsl memarı kimdir? Və ən əsası həmin ağacların yerinə yeniləri əkiləcək, yoxsa rayon mərkəzi betonlaşma poliqonuna çevrilməkdə davam edəcək?

Sual çoxdur, cavab isə hələ də yoxdur.

İstənilən halda, yazıda adı çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.//Yenicag.az

Oxunub: 202

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər