Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Qazax şəhərində ictimai parklarda tikinti və ticarət fəaliyyəti artmaqda davam edir. Şəhərin nəfəsi sayılan yaşıl zonalar obyektlərlə zəbt olunur, ağaclar betonun içərisində “boğulur”.

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

"DogruXeber.tv" 32gun.az-a istinadən xəbər verir ki, Qazaxda insanların istirahət etdiyi parklar, yaşıl zolaqlar və ictimai məkanlar sistemli şəkildə sıradan çıxarılır. Əvvəllər ailələrin, uşaqların və gənclərin dincəldiyi bu ərazilər indi müxtəlif obyektlərlə doludur. İctimai istirahət məkanları şəxsi maraqlara qurban verilir.

Şəkillərdən də aydın görünür ki, park ərazisində iri gövdəli ağaclar tikinti materialları və hörgü divarların arasında ilişib qalıb. Bu mənzərə həm şəhərsalma prinsiplərinə, həm də ekoloji normalara tam ziddir.

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Artıq bu vəziyyət təkcə ekoloji deyil, ictimai məsələdir. Şəhərin təmiz havası, insanların dincəlmək hüququ, uşaqların oynaya biləcəyi açıq məkanlar məhdudlaşdırılır. Qazaxda parkların bir-bir yoxa çıxması, şəhərin gələcəyinə yönəlik ciddi təhlükə siqnalıdır.

Maraqlıdır, bu parka yaxın ərazidə yaşayan sakinlər istirahət üçün hara getməlidir? Uşaqlar üçün nəzərdə tutulan bu yaşıllıqlar niyə ticarət məqsədilə zəbt olunur? Bu biabırçı vəziyyət nə vaxta qədər davam edəcək?

Aidiyyəti qurumlara çağırış:

Qazax Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəni İrs Agentliyi və digər məsul qurumlar bu məsələyə dərhal reaksiya verməli, parkların qorunması, yaşıllıqların bərpası və qanunsuz obyektlərin sökülməsi istiqamətində tədbirlər görməlidir.

Parklar sadəcə yaşıllıq deyil — onlar şəhərin nəfəsi, insanların haqqıdır. O haqq bu gün betonun, şəxsi maraqların və biganəliyin içində itib gedir.
Park ərazisində iri ağacların hörgü və beton sütunların içində qalması faktı, vəziyyətin acınacaqlı olduğunu bir daha göstərir.

Qeyd edək ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

32gun.az xatırladır ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə ağacəkmə aksiyasında iştirak edib. Yaşıllaşdırmanın artırılması istiqamətində xüsusi tapşırıqlar verib. Lakin Qazaxda bu tapşırığın əksinə hərəkət edilir. Çünki Qazaxda "yaşıl terror" ilk dəfə baş vermir.

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Xatırladaq ki, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Elşən Şirinovdur. İdarənin xidməti ərazisinə Ağstafa ilə yanaşı Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları da daxildir.

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Qazaxda parklar “işğal” altında – yaşıllıqlar obyektlərin qurbanına çevrilib / FOTOLAR

Oxunub: 256

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər