Qazaxda QALMAQAL! Məmməd Alıyev şəhidlərin xatirəsinə keçirilən tədbiri dayandırdı

27 sentyabr Anım Günü münasibətilə Qazax rayonunda “Qarabağ Azərbaycandır” abidəsi önündə şəhidlərin xatirəsinə tədbir keçirilib. Tədbir iştirakçıları, şəhid ailələri, ictimai fəallar və digər vətəndaşlar Heydər Əliyev Parkının yanındakı körpüdə toplaşaraq səmaya dilək fənərləri (Çin fənərləri) buraxmaq istəyiblər.

Tədbirin təşkilatçıları qeyd ediblər ki, bu mərasim barədə məlumat bir neçə gün öncədən Qazax rayonuna aid sosial media qruplarında və səhifələrdə paylaşılıb, vətəndaşlar da buna uyğun şəkildə qoşulublar. Hər hansı bir maneə barədə əvvəldən məlumat verilməyib.

"DogruXeber.tv" 32gun.az-a istinadən xəbər verir ki, tədbir zamanı Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev, yanında bir neçə şəxs ilə birlikdə, tədbirə müdaxilə edib. Onlar dilək fənərlərini çıraraq tədbirin keçirilməsinin qarşısını alıblar. Məmməd Alıyev, tədbirdə iştirak edən şəhid analarına və ailələrə yönələrək belə deyib:

“Gözünüz doymur, icra başı sizə bu qədər tədbirlər keçirdi, bu qədər tədbirlərə dəvət etdi, yemək ziyafəti verdi. Bu nədir? Gözünüz doymurmu?”

M.Aliyev həmçinin tədbir təşkilatçılarına üzünü tutub deyib ki, səmaya fənər buraxmaq “dinimizə ziddir, günahdır və Yapon adətidir, biz müsəlman ölkəyik”.

Qazaxda QALMAQAL! Məmməd Alıyev şəhidlərin xatirəsinə keçirilən tədbiri dayandırdı

Halbuki istifadə olunan dilək fənərləri Çin balonları adlanır və qədim Çin adətinə əsaslanan simvolik mərasimdir. İnsanlar fənəri səmaya buraxarkən arzu tutar; bu isə ümid, xoşbəxtlik və arzuların gerçəkləşməsi rəmzidir. Şəhidlər üçün bu addım onların ruhuna ehtiram göstərmək, xatirələrini yad etmək və həmrəylik mesajı vermək məqsədini daşıyır.

Qazaxda QALMAQAL! Məmməd Alıyev şəhidlərin xatirəsinə keçirilən tədbiri dayandırdı

32gun.az bildirir ki, bu aksiyanın Azərbaycanda tətbiqi yeni deyil. 2021-ci ildə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkil etdiyi “Şəhidlərimiz qürurumuzdur” aksiyası zamanı könüllülər səmaya 3 minə qədər işıq fənəri buraxmışdılar. Fənərlər, Vətən Müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilmişdi. Tədbir, dini ayin olmadan mədəni və simvolik jest olaraq həyata keçirilir və səmaya qalxan fənərlər həm ümidin, həm də şəhidlərin xatirəsinin ucalığını simvollaşdırır.

*Məmməd Alıyevin keçmiş skandalları

Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyev ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək oğluna toy məclisi təşkil etmişdi (2021). Daha sonra oğlu 2023-cü ildə bazar dəyəri 120 min dollardan çox olan “Land Cruiser” avtomobili almışdı.

Qazaxda QALMAQAL! Məmməd Alıyev şəhidlərin xatirəsinə keçirilən tədbiri dayandırdı

Həmçinin, Məmməd Alıyevin bacısı oğlu Kamil Eyyubov yaşının az olmasına baxmayaraq rayonda iki vəzifə sahib olmuşdu: həm Qazax rayon Mərkəzi Xəstəxanasında, həm də Qazağın ən böyük kəndi olan 10.000 əhalisi olan Daş Salahlı kənd Bələdiyyə sədri vəzifəsində çalışmışdı. Sonradan hər iki vəzifəsini itirmişdir.

Bu və digər bir sıra skandallarla Məmməd Alıyevin adı rayon ictimaiyyətində və mediada tez-tez gündəmə gəlir.

Oxunub: 141

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər