Məmməd Alıyevə görə intihar edəcəyəm......

dogruxeber.tv: - Qazaxda ali təhsilli xanım rayon icra hakimiyyətinin baçısının müavini Məmməd Alıyevın maneələrinə görə intihar edəcəyini bildirir.

Xalq.az -a müraciət edən Səbinə Xasayeva bildirir ki, Qazaxda işlə bağlı müraciət etmədiyim yer qalmayıb,işə götürmürlər. Bütün maneyələri icra başçısının müavini Məmməd Alıyev edir.

Səbinə Rafael qızı Xasayevanın Xalq.az-a göndərilən müraciətini olduğu kimi təqdim edirik:

Mən illərdir mənə qarşı ögey, dürüst olmayan, qərəzli münasibət göstərən vəzifəli şəxslərin hərəkətlərindən əziyyət çəkirəm. Mən ali təhsilli olsam da Qazax rayonununda bəzi məmurların qəzəbinə tuş gəlmişəm. Belə ki, həmin şəxslərin bəzilərinin qanunsuz əməllərinə qarşı haqq səsimi çıxartdığıma görə məni və ailəmi bir tikə çörəklə sınağa çəkirlər. Qazax rayonunda mənə illərdir ki, minimum əmək haqqı məbləğində olan bir iş belə əldə etməyimə bürokratik əngəllər yaradırlar və bu barədə bütün dövlət orqanlarına, məşğulluq idarəsinə göstərişlər veriblər. Mən ali təhsilli, əmək qabiliyyətli olsam da indiyə kimi valideynlərimin təqaüdünə möhtac qalmışam. Atam artıq həyatda deyil mənə qarşı edilən haqsızlığa qəlbi daha artıq tab gətirmədi vəfat etdi . Mənə və ailəmə qarşı edilən qanunsuzluqların başında Qazax RİHB-nin birinci müavini Məmməd Alıyev durur. Mən artıq onun əlindən özümü öldürmə həddinə çatmışam, nə edəcəyimi bilmirəm. Mənimlə illərdir ki, mübarizə aparır. Mən çörəyin dərdində olan , ay sonunu necə gətirəcəyini, kreditləri, komunal xərcləri necə ödəyəcəyini, dərmanları necə alacağını bilməyən biriyəm. Mənim artıq dayanacaq gücüm qalmayıb. Belə ki, mən hansı idarəyə işlə təmin olunmaq üçün müraciət edirəmsə, orada mənim müraciətimin yox cavabı verilir. Mən işlə təmin olunmağımda yaratdıqları maneyələrə əsas səbəbi bilinmir. Hətta məşğullağa və Milli Məclisin deputatı Səməd Seyidovada müraciət etsəmdə heç bir köməklik göstərilmir.

Xasayeva Səbinə Rafail qızı

Qazax rayonu N.Nərimanov qəsəbəsi bina 59, mənzil 13

Gəncə Dövlət universiteti məzunu

Qeyd edək ki, 2023-cü ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər sakini Xasayeva Səbinə Rəfail qızını müraciətinə əsasən fərdi şəkildə qəbul edib. S.Xasayevanın işlə təmin olunma barədə müraciətini dinləyən rayon rəhbəri ona Dövlət qulluğuna imtahanda iştirak etməsini tövsiyə edib və işə düzəlməsi ilə bağlı heç bir köməklik göstərilməyib.

Məsələ ilə bağlı Qazar rayon icra hakimiyyətinin başçısının müavini Məmməd Alıyevin mövqeyini öyrənmək mümkün olmadı.(Xalq.az)

Yazıda adları keçənlərində mövqeyini dərc etməyə hazırıq.

Məmməd Alıyevə görə intihar edəcəyəm......

Məmməd Alıyevə görə intihar edəcəyəm......

Oxunub: 578

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər