Qazaxda İcra Hakimiyyəti şəhid, əlil ailəsini aldadıb... ŞİKAYƏT

"dogruxeber.tv" Teref.az-a istinadən yazır ki, Qazax rayonunda yaşayan şəhid ailəsi dövlət başçısına müreacət ünvanlayıb. Bir surətidə Teref.az-ın poçtuna daxil olmuş müraciəti oxuculara təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI.

CƏNAB İLHAM ƏLİYEVƏ.
AZƏRBAYCAN RESPUBLİKASININ BİRİNCİ VİTSE-PREZİDENTİ, AZƏRBAYCANIN BİRİNCİ XANIMI.

HÖRMƏTLİ MEHRİBAN ƏLİYEVAYA.

SÜRƏTİ :

Qazax rayon İcra Hakimiyyətinin Başçısı.

Cənab Rəcəb Babaşova.

Qazax rayon, Fərəhli kəndində yaşayan, Şəhid anası, 5 oğul anası, Qəhrəman ana, Qurbanova Hamaya Mustafa qızı və Qurbanov Mahmud Məqsəd oğlu tərəfindən.
Bildirmək istəyirəm ki, Qazax rayon, Fərəhli kəndində anadan olmuşam, Vətənim Azərbaycana 5 oğul böyütmüşəm, oğlanlarımın İkisi Qoşqar və Mahmud Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətdə olublar, bir oğlum mərhum Qurbanov Qoşqar Məqsəd oğlu 2014-cü ildə 707 nömrəli hərbi hissədə döyüş tapşırığın icra edərkən qəhrəmancasına şəhid olmuşdur.

İkinci oğlum Qurbanov Mahmud Məqsəd oğlu 2002-ci ildən 2004-cü ilədək 706 nömrəli hərbi hissədə, 2010-cu ildən 2017-ci ilədək 707 saylı hərbi hissədə xidmət etmiş və 2017-ci ildə ağır xəstəliklə əlaqədar Silahlı Qüvvələrdən təxris olmuşdur.

Qeyd etmək istəyirəm ki, oğlum Qurbanov Mahmud Məqsəd oğlu xəstədir, hərbi xidmət zamanı demək olar ki, yarı can olmuşdur, belə ki, oğlum 2011-ci ildə travma almağı haqqında arayışı 2017-ci ildə təxris olan zaman (cərrahi əməlliyat olduğu) ağır xəstə olduğu üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidməti vəzifələri yerinə yetirməklə əlaqədar xəstəlik qərarı verilmişdir.

Hal-hazırda oğlum Mahmud 2-ci qrup hərbi xidmət vəzifəsinin icrası ilə əlaqədar əlildir.

Oğlum öz müalicəsinin və 8 nəfər ailə üzvlərinin yaşayış tərzinin normallaşması barədə kiçik sahibkarlıqla məşğul olmaq üçün 1 sot torpaq sahəsi ayrılması barədə Qazax rayon İcra Hakimiyyətinə dəfələrlə yazılı və şifahi müraciət etdi, Lakin müraciətinə baxan olmadığı üçün Bakı şəhərində yerləşən Prezident Admistrasiyasında Zöhrab müəllimlə görüşdü. Zöhrab müəllim oğluma bildirdi ki, get rayona Qazax rayon İcra Hakimiyyətinin Başçısına göstəriş verəcəyik sənə sahibkarlıq üçün 75 kv torpaq sahəsi ayıracaq. Qayıtdıqdan sonra oğlum Qazax rayon İcra Hakimiyyətinin Başçısının 5 dəfə qəbulunda oldu ki, həm işlə, həmdə torpaqla təmin edilsin. 3 ay müraciətimizə cavab verilmədi, bu boyda Qazax rayonunda hər pulu olana hər şey tapıldı, lakin oğluma 75 kv torpaq ayrılması üçün yer tapılmadı. Sonradan 6-cı dəfə oğlum Qazax rayon İcra Hakimiyyətinin Başçısının qəbuluna getmək istədi, bu zaman müavin Məmməd müəllim ona bildirdi ki, obyekt tikmək üçün torpaq sahəsi yoxdur, böyük xəstəxananın yanında Dədə Qorqut parkında 35 kv yer verdi ki, fundament qaz və 40 sm kubuklə hörgü işləri apar və üstündə plastiklə şüşəli et, oğlum da razı olub işə başladı, fundament qazıb beton tökdü, bir min manata yaxın borc edib işə başladı, lakin axşam Qazax rayon İcra Hakimiyyətinin göstərişinə əsasən həmin ərzidə tikinti işlərini dayandıraraq tökülən materialı maşına yığıb harasa apardılar, mənə yenidən tikintiyə qadağa qoydular.

Nəzərinizə çatdırmaq istəyirəm ki, oğlum Mahmudun himayəsində mən yaşlı anası, öz ailəsi 4 nəfər və şəhid oğlumun ailəsi 3 nəfər hamısı bir yerdə yəni 8 nəfər oğlumun himayəsindədir.

Əlavə olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 01.05.2023-cü il tarixdə icra hakimiyyətindən utanmadan biabır olacağınız şəkildə mənə məktub yazırsız, belə ki, yeri Siz göstərib, yaşıllığı təmizləyib, sonra tikintiyə icazə verirsiz, mənə maddi ziyan vurursuz, ardınca yazırsız guya həmin yeri mən zəpt etmişəm. Ar Olsun Sizi kimi nankor məmurlara.

Sizdən xahiş edirəm ki, oğluma Qazax rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əvvəl ayrılmış Dədə Qorqut parkında 35 kv yerdə yüngül konstruksiya işləri (plastik və şüşə olmaqla) aparılmasına icazə verəsiniz.

Oxunub: 534

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər