"Qazaxda iş tapmaq üçün bu şəxslərin qohumu olmaq lazımdır" - İDDİA // VİDEO

Qazax sakinləri susmur...
Bir neçə gün əvvəl "dogruxeber.tv" informasiya agentliyinə müraciət edən, "Kanal14" YouTube kanalımızda canlı efirdə yerli icra orqanları və məmurları barəsindəki şikayətlərini səsləndirmək istəyən Qazax sakinlərinin ardı-arası kəsilmirdi.

Əslində indi də var. Amma, görünür Qazaxda sakinlərin şikayətçi olmasından narahat olan məmur yoxdur.
Özləri susur, bəlkə də nələrsə etməklə razı saldıqları 1-2 "tərif makinası" onların yerinə sakinləri təkzib edirlər.
Halbuki, bu qədər narazılıq, şikayət və tənqidlərə rəğmən nə bir səlahiyyətli şəxs özü bizi arayıb, barələrində deyilənləri təkzib etmir, yaxud narazılıqların aradan qaldırılması üçün tədbirlər görəcəklərinə söz vermir, nə də heçolmasa bizim zənglərimizə cavab vermirlər.
Burdan da belə çıxır ki, deyilənlər doğru olduğu üçün verəcək cavabları yoxdur, nə də o problemləri aradan qaldırmaq fikirləri...

"Mənə deyir, "Ağıllı ol, nə deyirəm onu elə. Kimdən kimə şikayət edəcəksən? Prezident aparatında oturanın biri elə mənim oğlumdur""- ŞOK İDDİALAR // VİDEO

"Rəcəb Babaşov şəhidlər xiyabanının bir hissəsini satıb" - İDDİA//VİDEO

Dəfələrlə Qazax sakinləri "Kanal14"ün efirində "Kamalın zamanı" proqramı ilə canlı bağlantı yaradıb, İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovdan, onun müavinlərindən, həmçinin hər kəs öz kəndinin icra nümayəndələrindən gileyləniblər.

Qazax rayonundan Məzahir Əliyev adlı vətəndaş da "Kamalın zamanı" proqramında Qazaxda şəhərin özündə baş alıb gedən antisanitariyadan, küçələrin natəmizliyindən, küçələrdən süpürülmüş tullantıların şəhərin mərkəzində yandırmaqla ekologiyanın çirkləndirilməsindən, ən əsası isə örüş torpaqlarının qanunsuz olaraq, təsərrüfat məqsədilə istifadə olunmasından danışıb.

Ətraflı videoda:



Yeri gəlmişkən, diqqət etdinizsə Məzahir Əliyev rayondakı işsizlik probleminə də toxundu və iş tapmaq üçün də İcra Hakimiyyəti başçısının müavinləri Məmməd Alıyev, Gülayə Həsənova və Şəhər İcra nümayəndəsi Akif Vəliyevin qohumu olmağın "vacibliyini" xüsusi vurğuladı.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 1 141

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər