DSMF-nin başı təmir və avtomobil almağa qarışıb: 3.7 milyonluq tender

Dövlət Sosial Müdafiə Fondu (DSMF) inzibati binasının təmirinə hazırlaşır.

"DogruXeber.tv" xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderin nəticəsi açıqlanıb.

Məlum olub ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 80 ünvanında yerləşən inzibati binasının əsaslı təmiri işlərini “TVM İNŞAAT” MMC həyata keçirəcək. Şirkət bu təmir işlərinə görə, 3 milyon 769 min 403 manat ödəniş alacaq.

Qeyd edək ki, DSMF son bir ildə 11 tender keçirib. Məsələnin maraqlı tərəfi odur ki, dövlət qurumunun keçirdiyi tenderlərdən 4-ü xidməti avtomobillərin satın alınması və onlara texniki xidmətin göstərilməsi ilə bağlıdır. Məsələn, Fond ötən ilin oktyabrında 1 ədəd, noyabr ayında isə 4 ədəd xidməti minik avtomobilinin “YENİMOTOR” MMC-dən alarkən, 56 min 100 və 227 min 120 manat pul ödəyib.

Bunun ardından isə Fondun Aparatının və struktur bölmələrinin balansında olan xidməti avtomobillərə cari təmir xidmətinin satın alınması üçün “RN STRONG” MMC ilə 147 min 274 manatlıq müqavilə bağlayıb. Bu da yetməyib, DSMF nəqliyyat vasitələrinin əsaslı təmiri xidmətlərinin satın alınmasına dair “BEST AUTO SERVİCE” MMC ilə ilə anlaşıb. Buna görə də, şirkətə 140 min 672 manat ödəyib.

Görünən odur ki, DSMF-nin başı inzibati binasının təmiri, xidməti avtomobil alınması və onlara servis göstərilməsinə qarışıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuna.az

Oxunub: 138

Son xəbərlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

Bütün xəbərlər