Seymur Orucovun “qazi sindromu”: İcra başçısı nə etmək istəyir?

Xəbər verildiyi kimi, bir neçə gün öncə Qarabağ qazisi Kənan Aşırzadə həyatına son qoyub.

"DogruXeber.tv" xəbər verir ki, Ağstafada baş verən bu hadisənin səbəbi isə onun sosial problemlərinin çox olması göstərilir.

Qeyd edək ki, Kənan Aşırzadə intiharından öncə dəfələrlə rəsmi qurumlara, o cümlədən Ağstafa İcra Hakimiyyətinə müraciət etsə də, buna əhəmiyyət verilməyib.

Tribuna.az açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Ağstafada təkcə mərhum Kənan Aşırov bu laqyedlikdən əziyyət çəkməyib. Ümumilikdə, bu rayonun rəhbərliyi qazilərə münasibətinin mənfi olduğu ortaya çıxıb. Belə ki, bir müddət əvvəl Ağstafa rayonunda yaşayan qazi Ələsgərov Rəsul Habil oğlu dda Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyini tənqid edib. O bildirib ki, sosial şəbəkələrdə maddi dəstək və işlə təmin olunmaq məqsədilə icra başçısı Seymur Orucova müraciət edidb. Lakin icra başçısı tərəfindən təzyiq və hədələrlə üzləşib. O bildirib ki, məqsədi yardım toplamaq deyil, daimi işlə təmin olunmaqdır.

Qazi vurğulayıb ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu günədək işlə təmin olunmayıb və sosial problemləri həllini tapmayıb.

Maraqlıdır ki, Seymur Orucov niyə qazilərə belə münasibət bəsləyir? Məgər Ağstafada minlərlə qazi var ki, onların problemlərinin həllinə yardımçı ola bilməsin? Həyatlarını ortaya qoyub, Vətən torpaqlarının azad edilməsini təmin etmiş bu insanların elementar istəklərini, problemlərini həll etmək bu qədər çətindir? Bəlkə, Seymir Orucov başını qaldırıb, ətrafına baxsın. Görsün ki, hamı heç də onun kimi komfortlu həyat yaşamır.

Onu Ağstafaya ona görə icra başçısı təyin etməyiblər ki, kabinetindən kənara çıxmasın. Dövlət başçısının əsas tələbi də budur ki, bütün icra başçıları sakinlərin problemlərini həll etməli, onların üzləşdikləri sıxıntıları aradan qaldırmalıdır. Görünən isə odur ki, Seymur Orucov üçün bu tapşırığın və tələbin heç bir əhəmiyyəti yoxdur. Əks təqdirdə, onun laqeydliyi səbəbindən bir qazi həyatına son qoymaz, digəri isə problemlər içində boğulmazdı. Üstəlik, icra başçısı problemlərini işıqlandıran qazini təhdid etməzdi.

Ümid edək ki, Ağstafa İcra Hakimiyyətinin başçısı Seymur Orucov baş verənlərə münasibət bildirəcək. Və ona da ümid edirik ki, icra başçısının məntiqli açıqlaması olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.//Tribuna.az

Oxunub: 324

Son xəbərlər

Azərbaycanın generalı VƏZİFƏDƏN AZAD EDİLDİ

Azərbaycanda güclü təbii FƏLAKƏT

Banka borcunu ödəməyənləri BU CƏZA GÖZLƏYİR

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq

“Atam 8 dəfə öz musiqiləri altında əməliyyat olunub"

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Abşeronda yağışın fəsadları aradan qaldırılır

Hava ilə bağlı yol polisindən sürücülərə müraciət

Nyu-York birjasında təbii qazın qiyməti artıb

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Xalq artisti Dağıstan üçün 5 milyon ianə etdi

Azərbaycan nefti ucuzlaşıb

"Turan Tovuz" Sumqayıtda qalib gəldi

Trampı Dəccala bənzətdi

Antalyada İlham Əliyevlə Ərdoğanın görüşü keçirilir – Fotolar

EAPCA-nın Pərdəarxası: Sahil Qasımovun Əli Həsənovlu keçmişi və ad manipulyasiyası

Elm və təhsil naziri Qusarda vətəndaşları qəbul edib

ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”

Hidayət Heydərov Avropa çempionatında finala YÜKSƏLDİ

Dövlət Xəzinədarlıq Agentliyinin sabiq direktoru yeni vəzifəyə təyin olundu

Bu kəndə getmək mümkün deyil – Vəziyyət ağırlaşır

Gülüstan Əhmədova toyda dünyasın dəyişdi

Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ

Cənubi Koreyada sabiq prezidentə həbs tələbi - Prokurorluqdan ittiham

AAYDA-nın qurumu ləğv edilir

Almaniyaya getmək istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ!

Kamran Əliyev Türkiyəyə baş sağlığı VERDİ

Memar: WUF13-ün Bakıda keçirilməsi şəhərsalma siyasətində mühüm hadisədir

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər

Bütün xəbərlər