Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi

DogruXeber.tv: - Sumqayıt şəhərində fəaliyyət göstərən "Real” Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

Bu barədə pasiyent Yasəmən Əliyeva (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib: "Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib "İmplus"da verdim. Çünki qiymətlər daha münasibdir, "Real" klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

"Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, "İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

Y.Əliyeva bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:
"İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get "İmplus”dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim”.

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib. O, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

"Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib”.

Məsələ ilə bağlı Cavid Allahverdiyev açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib: "Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit”.(Bakupost)

Son xəbərlər

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

Rusiya NATO-ya hücum üçün bəhanə axtarır - Sikorski

İsrail qoşunlarını Livandan çıxaracaq - Bu şərtlər yerinə yetirildikdə...

Bütün xəbərlər